Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Göz cərrahı: "Göz transplantasiyası başın transplantasiyası kimi imkansızdır"

Göz cərrahı: "Göz transplantasiyası başın transplantasiyası kimi imkansızdır"
Sakura

Göz cərrahı: "Göz transplantasiyası başın transplantasiyası kimi imkansızdır"

Bizimyol.info oftalmoloq Cavid Allahverdiyevlə qısa müsahibəni təqdim edir.

- Doktor, dövrümüzdə hansı göz xəstəlikləri daha çox yayılıb?

-İctimaiyyətə ən cox məlum olan goz xəstəlikləri katarakta (mirvari suyu), qlaukoma (qarasu), quru goz sindromu, konyunktivitler (allergik, infeksion ve s), şuasındırma qusurları (miopiya, hipermetropiya, astiqmatizm), cəpliklərdir.

-Katarakta və ya mirvari suyu xəstəliyi barədə daha çox eşidirik. Bu xəstəliyin tam müalicəsi və aradan qaldırılması mümkündür?

-Kataraktanın dərmanla mualicəsi hazırda mumkun deyil . Bunun üzərinde təcrübələr, elmi araşdırmalar aparılır. Hələlik yalnız cərrahi yolla müalicə etmək mümkündür..

- Böyük yaşlı insanlarda çəpgözlüyün əməliyyatla aradan qaldırılması mümkündür?

-Yetkin insanlarda çəpgözlüyü cərrahi yolla aradan qaldırmaq mumkundur, lakin, nəticələrin davamlılığı hər zaman arzu olunan kimi olmur. Buna səbəb çəp gözün görmə qabiliyyətinin zəif olmasıdır.

-Gözə eynək taxmaq yoxsa linza – hansı daha məsləhətlidir?

-Gozun şuaındırma qusurlarının korreksiyası usulları arasında əksərən üstünlük eynəklərə, daha sonra linzalara verilir.

- Əsasən xanımların estetik məqsədlərlə istifadə etdikləri linzalar görmə qabiliyyətinə zərər vururmu?

-Kosmetik linzaların gözə vurduğu zərər onun buynuz qişaya mənfi təsirləri və allergik reaksiyalar törədə bilməsi ilə baglıdır. Buynuz qişa ucun təhlükəsi daha ciddidir; linzalardan maksimal dərəcədə diqqətli və qaydalara uygun istifadə olunmalıdır.

-Hansı dərəcədə zəif görmənin eksimer lazer cihazı vasitəsilə korreskiyasi məqbul hesab olunur?

- Gormənin lazer korreksiyası zamanı limitlər istifadə olunan aparatın imkanlarından ve gözün buynuz qişasının vəziyyətindən asılıdır. Bunun üçün ciddi riayət olunan normativlər var.

-Dünyada göz transplantasiyası yerinə yetirilibmi?

-Goz transplantasiyası yoxdur,bu günə qədər tibb elmi bunu bacarmayıb. Mənim şəxsi fikrimə görə, bu yaxın gələcəkdə mümkün olacaq iş deyil. Gözün transplantasiyası mürəkkəbliyinə görə, başın və beynin köçürülməsi ilə müqayisə oluna bilər. İndiki tibb elmi gozun buynuz qişasının və onun qatlarının, eləcə də ağlı qişanın loskutlarının köçürülməsinə nail olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR