Slimfit
  1. CƏMİYYƏT

Göygöl və Maralgöl göllərinə körpə forel balıqları buraxılıb

Göygöl və Maralgöl göllərinə körpə forel balıqları buraxılıb
Sakura

Göygöl və Maralgöl göllərinə körpə forel balıqları buraxılıb

Ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, təbii su hövzələrinin zənginləşdirilməsi və ekosistemin qorunması məqsədilə təbii sututarlarına balıq körpələrinin növbəti buraxılışı Göygöl Milli Parkının ərazisində keçirilib. 

Ens.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev Oxu.Az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azforel MMC-nin rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə körpə forel balıqları Göygöl və Maralgöl göllərinə buraxılıb.

O qeyd edib ki, balıq ehtiyatlarının artırılması və qorunmasının vacibliyinin təşviqi məqsədilə körpə balıqların təbii su hövzələrinə buraxılışı sentyabrın sonunadək davam edəcək.

Xidmət rəsmisi bütün balıq yetişdirən müəssisələri bu kimi aksiyalarda yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə çağırıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR