Slimfit
  1. TƏBİƏT

Göygöl

Göygöl
Sakura

Göygöl — Azərbaycanda göl.

Tarixi

1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsuçayın qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır.

 

Ümumi məlumat

Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir.

  • Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir.
  • Uzunluğu 2800 metrdir.
  • Eni 800 metrdən 1000 metrə qədərdir.
  • Dərinliyi 96 metrdir.
  • Gölün görünmə qabiliyyəti 8-10 metrdir.

Göygölün faunası olduqca zəngindir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Öz mənşəyi etibarilə Göygöl foreli çay forelindən əmələ gəlmişdir. Onların əmələgəlmə tarixi Göy-gölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmiş, artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmışdir. Göygöl Azərbaycanın ən dərin gölüdür. Göygölün suyunun bir hissəsi yeraltı çıxışı səbəbiylə Sevan gölünə daxil olur.

 

Göygöl dövlət təbiət qoruğu

Göy-Göl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir.

Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.

Göygöl dövlət təbiət qoruğu Göygöl rayonu ərazisində yerləşir. Ərazisi 6732 hektardır. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var. Ərazidə Qafqaz maralı. ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR