Slimfit
  1. MARAQLI

Göyərçin fotoqrafiyası

Göyərçin fotoqrafiyası
Sakura

Göyərçin fotoqrafiyası necə və nə vaxt yaranıb

Dünyada ilk aerofotoşəkillər 1858-ci ildə aeronavtlar tərəfindən çəkilib, sonra isə onlara poçt göyərçinləri köməyə gəldi.

Yerin yüksəklikdən çəkilişi ilk dəfə Paris üzərində 1858-ci ildə həyata keçirilib: bunu ilk dəfə Nadar təxəllüsü ilə tanınan Qaspar-Feliks Turnaşon adlı fotoqraf və aeronavt həyata keçirdi. O, hətta hava şarından fotoşəkil çəkmək ideyasını da patentləşdirdi.

1887-ci ildə fransız fotoqrafı Artur Batut göyə kamera ilə təchiz edilmiş çərpələng göndərdi. Sonra fotoaparat paraşütlü kiçik raketə yerləşdirildi və bu texnikadan 1897-ci ildə hətta Alfred Nobel belə istifadə etmişdi. 

XX əsrin əvvəllərində alman əczaçı Yulius Noybronner göyərçinlərin istifadəsi ilə “yuxarıdan landşaftın fotoşəklinin çəkilməsi üçün üsul və vasitələr” təklif etdi. Əvvəlcə o, atası kimi yaxın sanatoriyalara reseptlər və dərmanları göndərmək üçün poçt göyərçinlərindən istifadə edirdi. Göyərçinlərdən birinin dumanda istiqaməti itirməsi və dörd həftədən sonra onun tox və sağlam qayıtmasından sonra Noybronner quşların yolunu izləmək üçün onları avtomatik kameralarla təchiz etməyə qərar verdi. 

O, daha güclü göyərçinləri seçir, onları özünün hazırladığı kameralarla təchiz etdiyi evdən 100km uzaqlıqda olan yerə aparırdı. İki obyektivli kamera hava ilə doldurulmuş döş qayışları ilə bərkidilirdi. Quş göyə uçandan sonra hava tədricən çıxırdı və qapaq boşaldırdı ki, onun sayəsində də çaxmaq işə düşürdü. Quşlar da öz növbəsində yükdən mümkün qədər tez azad olmağa cəhd edərək, yüksəklikdən şəkillər çəkərək 50m-dən 100m-ə qədər yüksəklikdən düz xətlə evə uçurdular. Bu üsul Drezden, Frankfurt və Parisdəki beynəlxalq sərgilərdə 1909-1911-ci illərdə uğur qazanmışdı. 

Göyərçin fotoçəkilişi Birinci Dünya Müharibəsində hava kəşfiyyatının aparılması üçün istifadə edilirdi. 

Noybronner avropa ölkələrində patentləşdirilmiş onlarla müxtəlif modelli kamera və mobil göyərçin damı hazırlamışdı. Sonra isə bu texnika aviasiya fotoqrafiyası ilə əvəzləndi. 

Mənbə: nat-geo.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR