Slimfit
  1. MƏDƏNİYYƏT

Görüş (film, 1955)

Görüş (film, 1955)
Sakura

Görüş — rejissor Tofiq Tağızadənin filmi.

Görüş — rejissor Tofiq Tağızadənin filmi. Azərbaycan filmi.

Məzmun

Film bir-birilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmişdir. Filmin mərkəzində iki gəncin — özbək qızı Lala (Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin (Arif Mirzəquliyev) saf məhəbbəti durur. Əmək qəhrəmanı, məşhur pambıqçı Lalaya olan saf məhəbbəti tənbəl və qayğısız Kamili kənd təsərrüfatı qabaqcılları sırasına gətirib çıxarır. Filmdə belə bir fikir irəli sürülür: Əmək insanı zinətləndirir, onu camaatın gözündə qaldırır və ona xoşbəxtlik gətirir.

Film haqqında

  • Film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır.
  • Film quruluşçu rejissor Tofiq Tağızadə kinoda ilk müstəqil işidir.
  • Film aktyor Əliağa Ağayevin kinoda ilk işidir.
  • Film aktrisa Barat Şəkinskayanın kinoda ilk işidir.
  • Film aktyor Ceyhun Mirzəyevin kinoda ilk işidir.

Səhvlər

  • Davamlılıq : Meşədə Musa Lalanı Bilqeyis zənn edib ona yaxınlaşanda Lalanın yaylığı başındadır. Bir kadr sonra yaylıq onun çiyinlərindədir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi : Ədhəm Qulubəyov, Nina Mustafayeva(Nina Pozina kimi)
Quruluşçu rejissor : Tofiq Tağızadə
Quruluşçu operator : Teyyub Axundov, Cavanşir Məmmədov
Quruluşçu rəssam : Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev
Bəstəkar : Tofiq Quliyev
Səs operatoru : İlya Ozerski
Rejissor : Əjdər İbrahimov
Mahnıların Mətni : Zeynal Cabbarzadə
Rejissor assistenti : L. Berladir
Rəssam assistenti : Məmməd Hüseynov
Qrim rəssamı : M. Petrova, S. Pozdeyeva
Filmin direktoru : V. Dudiyev
Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor : Tofiq Quliyev
Mahnıları İfa edir : Şövkət Ələkbərova, Lütfiyar İmanov, Ş. Mustafayeva (titrlərdə yoxdur)
Operator assistenti : Əlihüseyn Hüseynov (titrlərdə yoxdur)

Rollarda

Arif Mirzəquliyev-Kamil
Nelli Ataullayeva-Lala
Leyla Bədirbəyli-Bilqeyis
Həsənağa Salayev-Musa
Münəvvər Kələntərli-Münəvvər
Əliağa Ağayev-Şıxəli
Ağahüseyn Cavadov-Əbülfəz
Barat Şəkinskaya-Şövkət
Sona Aslanova-Firəngiz
Əzizə Məmmədova-Əzizə
Məmmədəli Vəlixanlı-Çayçı
A. Norbayev-Niyaz
Fateh Fətullayev-Quluzadə
Süsən Məcidova-Səlminaz
Mustafa Mərdanov-Əsgər
Müxlis Cənizadə-Ənvər
R. Mirzəyeva-Almaz
Cabbar Əliyev-Şarip
H. İsmayılova
Sədaqət Zülfüqarova-Pambıqçı
K. Yusipova
B. Şirəlibəyov
Ceyhun Mirzəyev-Şıxəlinin oğlu (titrlərdə yoxdur)
Tələt Rəhmanov-Kolxoz işçisi (titrlərdə yoxdur)
Şəfiqə Qasımova-Pambıqçı (titrlərdə yoxdur)

Filmi səsləndirənlər

Əli Zeynalov-Kamil (Arif Mirzəquliyev) (titrlərdə yoxdur)
Sofa Bəsirzadə-Lala (Nelli Ataullayeva) (titrlərdə yoxdur)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR