Slimfit
  1. TEXNOLOGİYA

"Google"ın gəliri rekord qırdı

"Google"ın gəliri rekord qırdı
Sakura

"Google"ın gəliri rekord qırdı

İnternet şirkəti "Google", bu ilin 3-cü rübündə 33.7 milyard dollarla tarixinin ən yüksək rüblük gəlirinə çatıb. Ancaq analitiklərin "gəlir proqnozdan aşağıdır" qiymətləndirməsindən sonra, "Google"ın ana şirkəti "Alphabet"in səhmləri ucuzlaşıb.

"Google"ın ana şirkəti "Alphabet", 2018-ci ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb. Şirkətin İyul-Avqust-Sentyabr dövründəki cəmi gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21% artımla 27.8 milyard dollardan 33.7 milyard dollara qalxıb.

Bu gəlir rəqəmi, "Google" tarixinin ən yüksək rüblük gəliridir. "Google", bu gəlirlərinin  86%-ni və ya  28.9 milyard dollarını reklamlardan əldə edib.

Ötən ilin 3-cü rübündə 6.7 milyard dollar olan şirkətin xalis mənfəəti, bu ilin 3-cü rübündə 37%-lik artımla 9.2 milyard dollara yüksəlib.

 

GÜNDƏLİK QAZANCI 102 MİLYON DOLLARDIR

2018-in 9 ayı ərzində isə "Google"ın cəmi gəlirləri 24 faiz artımla 97.5 milyard dollara, xalis mənfəəti isə 39%-lik artımla 21.8 milyard dollara çatıb.

"Google"ın gündəlik gəliri 375 milyon dollar, gündəlik xalis mənfəəti isə 102 milyon dollar olub. Bu rəqəmlər 2017-ci ildə isə müvafiq olaraq 308 milyon dollar və 75 milyon dollar səviyyəsində idi.

 

SƏRMAYƏÇİSİ MƏMNUN DEYİL

30 Sentyabr 2018-ci il tarixində kassasında 13.4 milyard dollarlıq nağd vəsaiti olan şirkətin gəlirlərinin "Wall Street"in analitiklərinin gözləntilərindən aşağı olması, ABŞ birjalarında "Alphabet" səhmlərinin 4 faiz ucuzlaşmasına səbəb olub.

 

Mənbə: Fed.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR