Slimfit
  1. TEXNOLOGİYA

“Google” tarixi abidələrin qorunması üzrə layihəyə başlayacaq

“Google” tarixi abidələrin qorunması üzrə layihəyə başlayacaq
Sakura

“Google” tarixi abidələrin qorunması üzrə layihəyə başlayacaq

“Google” şirkəti ən yeni texnologiyalardan istifadə etməklə tarixi abidələrin qorunması üzrə layihəyə başlayacaq. Tezliklə şəbəkədə məşhur tikililərin ilk 3D-modelləri yerləşdiriləcək.

AZƏRTAC belta.by saytına istinadla xəbər verir ki, şirkət “Open Heritage” layihəsini “Google Arts & Culture” proqramı əsasında “CyArk” şirkəti ilə birgə hazırlayır. Mütəxəssislər üçölçülü modelləri lazer skanerlərinin köməyi ilə yaradacaq, sonra proqramın bazasına yükləyəcəklər. 3D-modellərin arxivinə mobil proqram və internet vasitəsilə daxil olmaq mümkün olacaq.

İstehsalçıların sözlərinə görə, müasir texnologiyalar tarixi abidələri ətraflı təsvir etməyə imkan verir. 3D-modellər, hətta rəng və tekstur kimi ən xırda detalları belə ötürə biləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR