Slimfit
  1. DÜNYA

“Google” öz prosessorlarını hazırlayacaq

“Google” öz prosessorlarını hazırlayacaq
Sakura

“Google” öz prosessorlarını hazırlayacaq

“Google” özünün prosessorunda işləyən smartfon və noutbuklar istehsal etməyə hazırlaşır.

Bu barədə “Axios” nəşrinə şirkət daxilindəki mənbə məlumat verilib.

Bildirilir ki, prosessor 2021-ci ildə hazır ola bilər. İnsayderlərin məlumatına əsasən, bu addım Amerika şirkətinə  “Apple”la daha yaxşı rəqabət aparmağa kömək edəcək.

Bununla yanaşı, “Google” özünün aktual devayslarında istifadə etdiyi “Qualcomm” şirkətinin məhsullarından imtina edəcək.

Mənbə qeyd edib ki, gələcək prosessora “Whitechapel” kod adı verilib və o, “Samsung” şirkəti ilə birlikdə 5-nanometrli texprosessoru əsasında hazırlanacaq. Proqnozlara əsasən, prosessorlar 2021-ci ildə “Pixel” smartfonlarında istifadə olunacaq, gələcəkdə isə “Chromebook” noutbuklarının komplektləşdirməsinə daxil ediləcəklər.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR