Dərc edildi: Baxış sayı: 601
Google-dan kinomanlar üçün cəlbedici funksiya - Whatchlist
“Google” şirkəti "Android" və iOS əməliyyat sistemli smartfonlar üçün yeni funksiya istifadəyə verib.
TED.az xəbər verir ki, artıq “Google” tətbiqində istənilən filmi sonradan izləmək üçün kolleksiya yaradıb saxlamaq mümkündür.
İzləmə siyahısı “Whatchlist” adlanır. Siyahıya daxil etdiyiniz filmə yalnız kinoteatrda baxmaq mümkündürsə, platforma həmin filmə bilet ala bilməyiniz üçün uyğun tətbiqə keçid göstərəcək.
Film bu müddət ərzində nümayişə çıxarılarsa, "Google" istifadəçiyə bilet almağı təklif edəcək, kinoteatrlardakı seans cədvəlini göstərəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət