Slimfit
  1. İQTİSADİYYAT

Gömrükdə nəzarət qaydası dəyişəcək

Gömrükdə nəzarət qaydası dəyişəcək
Sakura

Gömrük Komitəsi ilə Britaniyanın Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb

Gömrük Komitəsi ilə Britaniyanın Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb
 
Bu gün Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb.
 
Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən FED.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsində keçirilən görüşdə komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, sədr müavinləri, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krofts və bu ölkənin sərhəd xidmətinin əməkdaşları iştirak edib.
  
S.Mehdiyev iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib və “Hunter” layihəsi çərçivəsində keçirilən görüşün iki ölkənin gömrük orqanları arasındakı əməkdaşlığı daha da gücləndirəcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin gömrük orqanları qarşısında gömrük sahəsindəki müasir beynəlxalq norma və standartların ölkəmizdə tətbiq edilməsi, Azərbaycan gömrüyünün dünyanın qabaqcıl gömrük orqanlarının səviyyəsinə çatdırılmasına dair tapşırıqlar müəyyənləşdirdiyini bildirən komitə sədri “Hunter” layihəsinin də bu sahəyə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
 
O, layihənin ikitərəfli əmkdaşlığın daha yüksək səviyyəyə çatdırılması, Avropa təcrübəsinin öyrənilməsi baxımından önəm daşıdığını və xüsusən risklərin idarə edilməsilə bağlı Azərbaycan gömrüyünə fayda gətirəcəyini bildirib. Komitə sədri ilin sonunadək layihənin reallaşdırılması, xüsusi proqramın seçilərək əməkdaşların potensialının gücləndirilməsi istiqamətində bütün imkanların səfərbər olunacağını vurğulayıb.
 
E.Nikolson “Hunter” layihəsinin qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə, sərhədlərin effektiv idarə edilməsinə və səmərəli gömrük nəzarətinin təşkilinə şərait yaradacağını bildirib.
 
Daha sonar Gömrük Komitəsi ilə Böyük Britaniyanın Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb. Bəyanatı Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson imzalayıb.
 
Sənədə əsasən, gömrük əmkdaşlarının potensialının gücləndirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, risklərin idarə olunması sahəsində qabaqcıl təcrübənin bölüşdürülməsi, dövlət sərhədindən keçirilən mallar, səyahətçilər və nəqliyyat vasitələri üzrə sərhəd təhlükəsizliyinin təmin olunmasına dair fikir mübadiləsi aparılması istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub.
 
Xatırladaq ki, birgə bəyanat Böyük Britaniyanın sərhəd xidməti tərəfindən maliyyələşdirilən “Hunter” layihəsi çərçivəsində imzalanıb. Layihə beynəlxalq daşımalar zamanı gömrük-sərhəd keçmə prosedurlarının sadələşdirilməsi vasitəsilə həm mallar, həm də şəxslər üzrə məlumat analizi və hədəflərə dair beynəlxalq imkanların yaradılmasını nəzərdə tutur. Eyni zamanda, layihənin məqsədləri sırasına effektiv gömrük nəzarətinin genişləndirilməsilə ölkələrin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların qarşısının alınması, həmçinin məlumat analizi bazasının və hədəflənmə imkanlarının inkişaf etdirilməsilə aviadaşıyıcılar və oxşar məlumat toplama sistemləri (dəniz, poçt/sürətli bağlamalar və konteynerlər) tərəfindən təmin olunan Sərnişinlərə dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) məlumatlarının toplanması daxildir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR