Slimfit
  1. MARAQLI

Gizli istedadınız var?

Gizli istedadınız var?
Sakura

Gizli istedadınız var?

Psixoloqlar iddia edir ki, hər uşaq dahidir. Vunderkind heç də qeyri-adi bir insan deyil, sadəcə, bəzi valideynlər övladının hər bir bacarığını görür və buna önəm verir, bəziləri isə əksinə, ona gülür və əhəmiyyət vermir. Nəticə etibarilə ailədə qayğı görən uşaqlar dahi olur, diqqətsizliklə üzləşənlər isə təslim olur və onlarda kompleks yaranmağa başlayır. İstedadı inkişaf etdirmədikcə o, yaddan çıxır, yada düşəndə isə artıq müəyyən yaşa çatmış insanlar utanmağa başlayır. Bəs sizin gizli istedadınız var? Onlar sizə yardım edir, yoxsa mane olur? Bu suallara test vasitəsilə cavab tapmağa çalışın.

 

Yuxuda tez-tez uçursunuz?

A) Heç vaxt

B) Altı aydanbir

C) Həmişə

 

Evdə işlə məşğul olduqda, eyni zamanda

A) Evdəkilərə hirslənirsiniz

B) Soyuq şirə içirsiniz

C) Rəqs edir və mahnı oxuyursunuz

 

Yeni paltar geyinmək sizdə nə qədər vaxt aparır?

A) Bir neçə dəqiqə

B) Təxminən yarım saat

C) Nə qədər vaxt tələb edirsə, o qədər

 

Hansı güllərə üstünlük verirsiniz?

A) Çəmən güllərinə

B) Qərənfil və lalələrə

C) Qızılgüllərə

 

Sizə baxanda xoşunuza gəlir?

A)) Xeyr, mənə elə gəlir ki, xarici görünüşümdə nə isə çatışmır

B) Mənim üçün önəmli deyil

C) Bəli, mən hətta yerişimi və duruşumu dəyişirəm

 

Əgər bayram masasına birinci oturursunuzsa, hansı yeri seçirsiniz?

A) Qıraqda bir yer

B) Məbəxə qaçmaq üçün rahat yer

C) Tam ortada ki, məni hər kəs görsün

 

Özünüzə baxmağı xoşlayırsınız?

A) Bir az

B) Xoşlayıram, amma vaxtım yoxdur

C) Çox sevirəm, işim olsa belə, salona getməyi unutmuram

 

İldə neçə dəfə tədbirlərə gedirsiniz?

A) Birdən çox deyil

B)  İki-beşarası

C) Beşdən çox

 

İşgüzar görüşdə özünüzü necə aparırsınız?

A) Gözə girməməyə çalışıram

B) Sual veriləndə cavab verirəm

C) Hər zaman öz fikrimi bildirməyə çalışıram

 

Sevdiyiniz saç düzümü?

A) düz saçlar

B) hər zamankı saç düzümüm

C) dağınıq, hündür, qeyri-adi saç düzümü

 

Yekun:

Hər “A” variantı üçün 1,

“B” variantı üçün 2 və

“C” variantı üçün 3 bal ayırın. Sonra üst-üstə gəlin.

10-16: Təəssüf! Ya sizin gizli bacarıqlarınız yoxdur, ya da onlar çox dərindədir. Rahat yaşayın və edə biləcəyiniz işlərdən çox üzərinizə götürməyin.

17-20: Ola bilsin gizli istedadınız var, lakin bunu ya özünüzə, ya da başqalarına bildirmirsiniz.

24-30: Sizin istedadınız göz qabağındadır. Çox yaxında o, üzə çıxıcaq və həyatınızı tamamilə dəyişəcək.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR