Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı Mayk Taysonla bir arada
Ginnesin Rekordlar kitabına düşən, dünya şöhrətli Üzeyir Novruzov Dünya şöhrətli, keçmiş peşəkar boksçu Mayk Taysonla birgə fotosunu paylaşıb.
BAKU.WS-in məlumatına görə, Üzeyir "İnstagram” bloqunda yerləşdirdiyi fotoya bunları yazıb:
"Bu gözəl günəşli bazar günündə Mayk Taysonla tanış oldum".
Xatırladaq ki, azərbaycanlı sirk ustası Üzeyir Novruzov hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı "America's Got Talent” yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə edib. O, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.
Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.
Nazim
BAKU.WS
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət