Slimfit
  1. MARAQLI

Gilasın faydaları

Gilasın faydaları
Sakura

Gilasın faydaları

Gilasın faydaları nələrdir? Gilas hansı xəstəliklərə xeyirlidir?

Gilas, tərkibində yüksək antioksidant olduğuna görə sinir hüceyrələrinin daha sağlam mübadilə etməsinə şərait yaradır və bu xüsusiyyətilə aktual olan yuxusuzluq problemini aradan qaldırmağa kömək edir.

Altsheymer xəstəliyini şiddətləndirən bir çox hal var. Xüsusilə, orta yaşlı və orta yaşdan yuxarı insanlarda özünü büruzə verən və həyat keyfiyyətini aşağı salan bu xəstəlik üçün həkimlər ən faydalı meyvənin gilas olduğunu söyləyirlər.

Qan təzyiqinin artması ilə yüksək təzyiq, insult və iflic kimi xəstəliklərin baş vermə riski artır. Lakin gilasın tərkibində olan bor qan təzyiqini nizamlayır. 

Hərəkətsiz yaşayış və qeyri-sağlam qidalanma əzələ və sümük sağlamlığına pis təsir edir. Əzələ ağrılarının 30 yaşdan sonra artmasının səbəblərindən biri də budur. Bu da gün ərzində insanın yorğun hiss etməsinə səbəb olur və hərəkətlərini məhdudlaşdırır. Ancaq gilas tərkibindəki flavonoid nəticəsində əzələ və sümüklərdəki toksinlər azaldır.

Hüceyrələrin qocalması və yenilənməməsi dəri xəstəliklərini artırır. Xüsusilə, saç hüceyrələrinin vitamin itirməsi, kökünün zəifləməsinə səbəb olur. Bu da zədələnmə, tökülmə və zəifləmə kimi hallara yol açır. Eyni zamanda, dəri yenilənməsi zəifləyir və dərinin öz-özünü bərpasının qarşısı alınır. Lakin gilas tərkibindəki antioksidantlarla hüceyrələrin yenilənməsini dəstəkləyir.

Güclü C vitaminidir. Bu səbəbdən də hüceyrələrin yenilənməsini dəstəkləyərkən, mutasiyaməruz qalmasının qarşısını alır. Beləliklə, xərçəng xəstəliyi riskini aşağı salır. Xüsusilə, kolon və bağırsaq xərçəngi xəstəlikləri üçün gilas olduqca faydalıdır.

Gilas sapının faydaları:

-Güclü bir sidikqovucudur.

-Xolestrini azaldır.

-Ürək və damar xəstəlikləri riskini azaldır.

-Bədəndə toksin yığımının qarşısını alır.

-Həzm və maddələr mübadiləsini normallaşdırır.

-Arıqlamağa kömək edir.

Gilasın hər hansı bir zərəri varmı?

Ciddi dərəcədə bir zərəri yoxdur. Lakin bəzi insanların immunitet sistemləri gilasın vitaminlərinə qarşı allergik reaksiya verə bilər. Bu da dəridə qızartı, ağız ətrafında yara, dilin şişməsi ilə nəticələnə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR