Slimfit
  1. İQTİSADİYYAT

Geyim mağazalarına yeni rəqib - Bütün ölkələrdə işləyəcək

Geyim mağazalarına yeni rəqib - Bütün ölkələrdə işləyəcək
Sakura

Geyim mağazalarına yeni rəqib - Bütün ölkələrdə işləyəcək

 

İspaniyanın iri moda korporasiyası “Inditex”in rəhbərliyi internetdə ticarət şəbəkəsinin qlobal inkişafı üzrə öz planlarını açıqlayıb.

FED.az xəbər verir ki, 2020-ci ilədək dünyanın bütün ölkələrində, hətta bu qrupun tərkibinə daxil edilməyən “Zara”, “Zara Home”, “Bershka”, “Massimo Dutti”, “Stradivarius”, “Pull&Bear”, “Oysho” və “Uterqüe” brendlərinin rəsmi mağazaları olmayan yerlərdə də internet vasitəsilə satış həyata keçirilməsi planlaşdırılır.

İspan şirkəti bununla bütün dünyada satışlar həyata keçirən ilk şəbəkə kimi qlobal lider mövqeyinə iddia edir.

Qeyd olunur ki, hazırda hətta elektron ticarət nəhəngi sayılan və 12 internet platformasına, dünyanın 180 ölkəsində 120 logistik və müştəri mərkəzlərinə malik olan “Amazon” portalı da qlobal lider mövqeyinə çatmayıb.

2020-ci ilədək “Inditex” qrupunun bütün brendləri üçün mağazadan çatdırılmaqla onlayn-sifarişlər sisteminin tətbiqi nəzərdə tutulur. “Zara”nın fəaliyyət göstərdiyi 48 ölkədən 25-də bu cür format artıq işləyir.

Bundan başqa, iki ildən sonra qlobal satış şəbəkəsinin genişləndirilməsi çərçivəsində qrupun bütün mağazalarında RFID (malların radiotezliklə eyniləşdirilməsi) sistemi tətbiq olunacaq. Hazırda “Zara” və “Uterqüe”nin bütün şəbəkələrində bu sistemdən istifadə olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR