Dərc edildi: Baxış sayı: 5985
Gəray Musaoğlu - Qocalıq
Dindirməyin məni, qan ağlayaram,
Hamı dərddən yaman olur qocalıq.
Üzülüb taqətim, yoxdu amanım,
Əlif qəddim kaman olur, qocalıq.
Bükülüb qamətim, düşmüşəm candan,
Görən tanış-biliş ötüşür gennən,
Gözlərim görməyir, tökülüb dəndan,
Yel aparan saman olur qocalıq.
Gəray deyir, mən də beş qədəm atdım,
Qaçanda qurtardım, qovanda tutdum,
Qışın çilləsində buz üstə yatdım,
İndi desəm, yalan olur, qocalıq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət