Slimfit
  1. CƏMİYYƏT

Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik olunur

Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik olunur
Sakura

Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik olunur

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilir.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının sırasından çıxarılır.

Qeyd edək ki, “Kosmik fəaliyyət haqqında” qanunun 8.2-ci maddəsində qeyd edilib ki, kosmik fəzada olan kosmik obyektin özgəninkiləşdirilməsinə, dövlət mülkiyyətində olan kosmik obyektlərin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna uyğun olaraq özəlləşdirilməsinə, istismara yararsız vəziyyət düşmüş və məhv olmaya qarşı tam sığortalanmış kosmik obyektlər üzərində mülkiyyət hüququnun sığorta müqaviləsində nəzərdə tutulduğu halda sığorta ödənişi müqabilində sığortaçılara keçməsinə yol verilir.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR