Slimfit
  1. TEXNOLOGİYA

Genişləndirilmiş intellekt şirkətlərə 2,9 trilyon dollar qazandıracaq

Genişləndirilmiş intellekt şirkətlərə 2,9 trilyon dollar qazandıracaq
Sakura

Genişləndirilmiş intellekt şirkətlərə 2,9 trilyon dollar qazandıracaq

“Gartner” analitik şirkəti şirkətlərdə genişləndirilmiş və ya təkmilləşdirilmiş süni intellektdən (augmented intelligence) istifadə üzrə proqnoz açıqlayıb. Söhbət korporativ məlumatların analizi və qərarların qəbulu üçün tətbiq edilən texnologiyalardan gedir.

ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin proqnozuna görə, 2030-cu ilədək genişləndirilmiş intellektin tətbiqindən kommersiya dəyəri 2,9 trilyon dollara, əmək məhsuldarlığı isə 6,2 milyard saata bərabər olacaq.

Bildirilir ki, süni intellekt texnologiyalarından istifadə bir çox adi əməliyyatların yerinə yetirilməsini avtomatlaşdırmağa imkan verir. Məsələn, müəssisə və təşkilatlar süni intellekt əsasında çat servisləri, tövsiyə platformaları, eləcə də “ağıllı” məlumat analizi sistemləri tətbiq edirlər.

“Genişləndirilmiş intellekt insanlar tərəfindən süni intellektdə istifadə edilən bütöv potensialdır. Süni intellekt texnologiyaları inkişaf etdikcə genişləndirilmiş süni intellektdə təklif edilən insan və süni intellektin birləşdirilmiş imkanları müəssisələrə daha çox fayda gətirəcək”, – “Gartner” şirkətinin tədqiqatlar üzrə vitse-prezidenti Svetlana Sikular bildirib.

2030-cu ilədək şirkətlərin süni intellektdən istifadədən əldə edəcəkləri kommersiya gəlirinin təxminən 40 faizinin “augmented intelligence” texnologiyalarının payına düşəcəyi gözlənilir. Qalan hissəyə süni intellekt agentləri (24 faiz), avtomatik qərar qəbulu sistemləri (19 faiz) və “ağıllı” məhsullar (13 faiz) sahib çıxacaq. Genişləndirilmiş süni intellekt seqmentinin digər sahələrdən daha sürətli artacağı proqnozlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR