Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Genetikdən ciddi xəbərdarlıq - elektrik çaydanlar ölüm saçır

Genetikdən ciddi xəbərdarlıq - elektrik çaydanlar ölüm saçır
Sakura

Genetikdən ciddi xəbərdarlıq - elektrik çaydanlar ölüm saçır

Rusiyalı genetik mütəxəssis Yevgeni Patkin plastik elektrik çaydanların zərərlərini açıqlayıb.

Publika.az xəbər verir ki, alimlər hamilə qadının qəbul etdiyi az miqdarda zəhərin uşağın sağlamlığına necə təsir etdiyinə dair bir sıra təcrübələr aparıb. Eksperimental Tibb İnstitutunun molekulyar sitogenetik laboratoriyasının müdiri, elmi qrupun rəhbəri - Yevgeni Patkinin dediyinə görə, döl epigenetik dəyişikliklərə məruz qalır ki, bu da özünü yetkin yaşda ciddi xəstəlik kimi göstərə bilər.

Alimlər ətraf mühitdən az miqdarda bədənə daxil olan toksinlərin nəticədə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək proseslərə təkan verəcəyini sübut edib. Üstəlik, zəhər uşağın orqanizminə ana bətnində olarkən daxil olarsa, insan kifayət qədər yetkin yaşda da xəstələnə bilər. Patkin həmin maddələri açıqlayıb:

“Epigenetik dəyişikliklərin baş verməsi üçün bədənin güclü təsirə məruz qalmasına ehtiyac yoxdur - məsələn, ağır metalların olduğu yeməklər, və ya az miqdarda bisfenol olan plastik su şüşələri kifayətdir. Rəsmi olaraq zəhərin tərkibi sanitar norma daxilində olacaq - mutasiyaya səbəb olmayacaq, amma epigenetik dəyişikliklər mütləq baş verəcək. Yeri gəlmişkən, bisfenol isidildiyi zaman daha fəal buraxılır. Odur ki, plastik elektrik çaydanları atmaq və uşaq yeməyini plastik şüşələrdə qızdırmamaq lazımdır”.

Genetik eyni zamanda vurğulayıb ki, hamilələrin sağlamlığı mühümdür. O, əlavə edib ki, kişinin spermatogenezi ömrü boyu davam edir. Əgər zəhər və ya şüalanmaya məruz qalsa, bir müddət sonra sperması təmizlənəcək. Qadının bütün yumurtalıqları zərər görərsə, əbədi olaraq belə qalacaqlar.

Alimlərin fikrincə, embrional dövr həlledici rol oynayır. Mütəxəssislər xəstəliklərin əsasən DNT-dəki epigenetik dəyişikliklərlə əlaqəli olduğunu düşünür. Elmdə yeni bir istiqamət ortaya çıxıb - (utero inkişaf etmiş) “yetkin” xəstəliklərin fetal səbəblərinin araşdırılması. Həkimlər xəstəliklərin epigenetik mexanizmlərini başa düşdükdən sonra yeni effektiv müalicə üsullarının tapılacağını gözləyirlər.

Aytən Məftun

 

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR