Slimfit
  1. TARİX

General Sisianovun erməniləri “İT” adlandırdığı 214 illik tarixi məktubu

General Sisianovun erməniləri “İT” adlandırdığı 214 illik tarixi məktubu
Sakura

General Sisianovun erməniləri “İT” adlandırdığı 214 illik tarixi məktubu

Yeddidən yetmişə hər kəs bilir ki, Azərbaycanın başına gələn fəlakət – bölünmə və parçalanma Çar Rusiyasının Qafqaza gəlişindən sonra başlandı.

Bütün tarixi yurdlarımızla yanaşı İrəvan da rus işğalına məruz qaldı. İrəvanın ruslar tərəfindən mühasirəsi zamanı rus qoşunlarına hər cür kömək edən, İrəvanın təslimini tezləşdirməyə çalışan ermənilər bu canfəşanlıqlarının qarşılığında Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Pavel Sisianovdan cürbəcür xahişlər etmələri generalın həddən artıq qəzəbinə səbəb olmuşdu. Bu üzdən də knyaz Sisianovun ermənilərə güvənmədiyi üçün məlik Abram və yüzbaşı Qabrielin timaslında erməniləri aşağılayan bir məktub yazır. Həmin məktuba hər hansı bir şərh vermədən əziz oxucuların ixtiyarına buraxırıq.

Beləliklə, Rusiya tarixçisi, qafqazşünas, professor Rudolf İvanovun araşdırmalarından əldə etdiyimiz Pavel Sisianovun  26 avqust 1805-ci il tarixdə yazdığı məktubu təqdim edirik:

Sizin adınızdan mənə göndərilən məktubu aldım və aşağıdakı cavabı verirəm.

İranqəlbli səbatsız ermənilər, siz indi çörək üçün bizə gəlmisiniz, ümid edirsiniz ki, onu bizdən satın ala bilərsiniz. Ancaq mən sizə xəbərdarlıq edirəm! Əgər bura gətirdiyiniz ailələr elə bu payızda gələn il sata biləcəyiniz qədər çox taxıl əkib becərməsəniz, gələn il elə yazdaca sizi nəinki İrəvana, hətta İranın özünə qovacağam. Çünki Gürcüstan tüfeyli müftəxorları yedirməyə borclu deyil. İrəvanda qalan, dinsizlərin əlində ölən erməniləri mənim müdafiə etməyim barədə xahişinizə gəldikdə isə sizdən soruşuram: satqınlar himayə olunmağa layiqdirlərmi? Qoy onlar it kimi gəbərsinlər, onlar buna layiqdirlər, zira ötən il mən məğlubedilməz rus qoşunu ilə İravan qalasını mühasirəyə alanda onlar, təəssüfə layiq olmayanlar Narın qalanı tutmuşdular və onu mənə təhvil verə bildikləri halda bunu eləmədilər. Yüzbaşı Qabriel, sən isə bizimlə və hiyləgər Məhəmməd xanın birinci müşaviri olduğun halda mənə qarşı yalan və xainlikdə onu dəstəkləyirdin. İndi gördünüzmü, Allah sizi sizə qarşı mərhəmətli olan Ümumrusiya hökmdar imperatoruna xəyanət etdiyiniz üçün necə cəzalandırdı. Doğurdanmı elə fikirləşirsiniz ki, mən general, başqaları kimiyəm. Bilmirəm ki, erməni də, tatar (Azərbaycan türkləri – R.S.) da minlərlə insanı öz xeyri üçün qurban verməyə hazırdır. Yalan danışmağa və İrəvanı almağın bütün asan yollarını təqdim etməyə hazırdır. Axı siz sizi tanımayan general-mayor Nesvetayevi necə inandıra bilərsiniz? Bütün bunlardan sonra mən onları müdafiə edərək ora, özü də çörək olmayan bir yerə qoşun göndərə bilərəmmi? Yüzbaşı, sənin sözlərinə azacıq da olsa inana bilərəmmi? Bundan artıq iranlıların Rusiya qoşunları yaxınlaşanda İrəvan əhalisinin tabe olacağına inandıqlarına güvənə bilərəmmi, bu belə deyil, necə ki, ötən il də belə deyildi. Bəlkə elə fikirləşirsiniz ki, sizin 300 qorxaq erməni ailəsi 3000 nəfərli İran piyadasına qarşı nəsə eləyə bilər və yaxud bəlkə yalan dəlillərlə yeni İrəvan xanının və çox hiyləgər Kalbalı xanın guya Rusiyaya tabe olmaq və bunun üçün mənim ora hücum etməyimi istədikləri barədə sizinlə gizli danışıqlar apardıqlarına məni inandıracağınızı xəyal edirsiniz? Bunu gözləməyin. İran hiylələri mənə yaxşı məlumdur və İrəvan qalasını haçan və necə ələ keçirəcəyimi özüm bilirəm. Bu da sizə mənim cavabım! Sizsə dinc yaşayın, evlər tikin və tarla şumlayın.

İnfanteriya generalı knyaz Sisianov.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR