Dərc edildi: Baxış sayı: 1902
General-mayor Ramil Əsgərov vəzifəsindən azad edildi
Müdafiə Nazirliyində kadr dəyişikliyi olub.
"Ens.az" bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, nazir Zakir Həsənovun müvafiq əmri ilə Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olunub.
Qeyd edək ki, Ramil Əsgərov Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğludur. O, general-mayor rütbəsini bu ilin iyununda almışdı.
N.Sadıkovun özünün isə II Qarabağ müharibəsinin ilk günlərində vəzifəsindən azad olunduğu bildirilir. Bu barədə hələlik rəsmi açıqlama olmasa da, Müdafiə Nazirliyinin rəsmi saytında olan Baş Qərargah rəisi bölməsindən Nəcməddin Sadıkovun adı çıxarılıb. Hazırda həmin bölmə boşdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət