Slimfit
  1. AZƏRBAYCAN

“Gənclərin əksəriyyəti manıs, artist olmaq üçün yollar axtarır…”

“Gənclərin əksəriyyəti manıs, artist olmaq üçün yollar axtarır…”
Sakura

“Gənclərin əksəriyyəti manıs, artist olmaq üçün yollar axtarır…”

Güney Azərbaycanda əyləncə azadlığının məhdudlaşdırılması və Urmu gölünün qurudulmasına etiraz olaraq trendə çevrilən “Səni deyirlər” mahnısı ölkəmizdə də geniş rezonans doğurub. Gənclər tərəfindən başladılan bu kampaniyaya ən tanınmış insanlar da qoşulub.

Güneyli gənclər bununla həm Azərbaycan rəqsini və musiqisini təbliğ edir, həm İran molla rejiminin insanların əyləncə azadlığını məhdudlaşdırmasına üsyan edir, eyni zamanda qurumaqda olan Urmu gölünə dəstək nümayiş etdirirlər.

Respublikamızda güneyli soydaşlarımıza dəstək məqsədilə bu aksiyaya qoşulanların sayı durmadan artır. Onlar #senideyirlər həştəqi ilə videolar paylaşaraq həmrəylik nümayiş etdirirlər. Aksiya getdikcə daha çox insanın marağını cəlb etməyə başlayır. Trendə çevrilən bu mədəni etiraz forması artıq dünyanın aparıcı medialarının da diqqətini çəkib.

Doğrudanmı “Səni deyirlər” mahnısı inqilabi oyanma stimuluna çevriləcək qədər dəyərlidir?

Millət vəkili Fazil Mustafanın fikrincə, Urmu gölünün qurudulmasına etiraz forması kimi gənclər kitab oxumaq, mütaliə etmək flaşmobu keçirsələr, daha effektiv olar. Deputat deyib ki, Azərbaycan xalqına mahnı oxumağı və rəqs etməyi məhdudlaşdırmaq lazımdır. Hamı çalıb oxumağa, dingiş-dingiş oynamağa elə həvəslidir ki, sanki bu torpağın Qarabağ kimi bir dərdi, çoxsaylı problemləri yoxdur. Gənclərin əksəriyyəti manıs, artist olmaq üçün yollar axtarır. Bayağı bir mahnı fonunda “Güneydə etiraz aksiyası başlayıb, biz də ona dəstək veririk” demək absurddur. Mahnının özünün də bir həyatı mənası olmalıdır.

Dağıstanlıların, çeçenlərin rəqsi insanın şəxsiyyət kimi formalaşmasında, mübarizə əzminin yetişməsində mühüm vasitədir. Bizdə isə rəqs vaxt öldürmək üçün bir əyləncədir. Peşəkar rəqs anlayışı belə yoxdur.

Millət vəkilinin sözlərinə görə, güneydəki azərbaycanlıların hüquqları məhdud olduğundan onlar öz etirazlarını mədəniyyətlə, musiqi ilə göstərməyə çalışa bilərlər. Amma bu, aludəçilik yaratmamalıdır:

“Bütöv toplum, xalq olaraq oynamağa yox, kitab oxumaq vərdişinə yiyələnsək daha faydalı işlər görə bilərik. Bizim ölkədə hansısa bir müğənni Şəhriyar Məmmədyarov kimi intellektual bir gəncdən daha çox təbliğ olunur. Sorğu keçirsək, əksəriyyətin onun kimliyindən, Azərbaycanın adını dünyada tanıtmaq üçün gördüyü işlərdən heç xəbəri də yoxdur. Amma geyimi, ədabazlığı ilə bütün gün reklam olunan insanları 7-dən 77-yə hamı tanıyır. Tanımaq bir yana, az qala ölkə üçün bir dəyərə çevrilib. Kimdən soruşsan hamı özünü ona oxşatmaq istəyir. Təbii ki, bizə musiqiçi də, rəqqasə də lazımdır, amma Afaq Məlikova, Rəşid Behbudov, Şövkət Ələkbərova, Alim Qasımov lazımdır. Musiqini bayağılaşdırıb, toplumu da buna yönəldəndə sənətdən uzaq, zövqsüz bir cəmiyyətə çevrilirik”.

F.Mustafa hesab edir ki, Urmu gölünün qurudulmasına etiraz forması kimi daha ağıllı kampaniyalar keçirmək olardı:

“Gənclik düşüncəsi baxımdan bunu normal qəbul etmək olar, amma ümumxalq səviyyəsində həmrəylik trendinə çevrilməsi, ictimaiyyət üzvlərinin də bu tendensiyaya qoşulmasına müsbət yanaşmıram”.

 

Mənbə: Moderator24.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR