Slimfit
  1. AZƏRBAYCAN

Gənclər üçün tədbirlər keçirlir

Gənclər üçün tədbirlər keçirlir
Sakura

Gənclər üçün tədbirlər keçirlir

FED.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tədbirlərin keçirilməsinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir. 

Lot- 1. Gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınması məqsədilə mədəni-kütləvi tədbirlərin keçirilməsinin satınalınması.

Lot- 2. “9 noyabr – Dövlət Bayrağı günü” münasibətilə “Beşinci Bayraq Festivalı”nın keçirilməsinin satınalınması.

 Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar  4658416 nömrəli  telefona (faks:4656438)  müraciət edə bilərlər (əlaqələndirici şəxs-Nəcəfov Elçin Emil oğlu). İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə,Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorundan) ala bilərlər.
Bank:Dövlət Xəzinədarlıq Agentliyi
Kod : 210005
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
SWIFT: CTREAZ22
Alan müştəri: Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h: AZ50CTRE00000000000002147771
VÖEN: 1500171121
Büdcə səviyyəsinin kodu- 7
Təsnifat kodu- 142340
 İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-  iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə arayış;  
iddiaçının bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-  təklif (zərflərin açıldığı gündən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təklifin təminatı (zərflərin açıldığı gündən azı 60 bank günü müddətində qüvvədə olmalıdır).
Son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə)yerinə yetirdiyi analoji işlər haqqında məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
 İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 3 oktyabr 2018-ci il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1faizi məbləğində bank təminatını 11 oktyabr 2018-ci il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə  tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri iddiaçıların iştirakı ilə 12 oktyabr 2018-ci il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.     

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR