Slimfit
  1. CƏMİYYƏT

'Gənclər Paytaxtı 2020' müsabiqəsinin ilkin mərhələsi yekunlaşıb

'Gənclər Paytaxtı 2020' müsabiqəsinin ilkin mərhələsi yekunlaşıb
Sakura

'Gənclər Paytaxtı 2020' müsabiqəsinin ilkin mərhələsi yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Gənclər Paytaxtı 2020" müsabiqəsinin ilkin mərhələsi artıq yekunlaşıb.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seçimdə iştirak etmək istəyən, öz namizədliyini irəli sürən şəhər və rayonların siyahısı formalaşdırılıb. 

Namizəd şəhərlərin (rayonların) seçimi zamanı ölkə və beynəlxalq miqyaslı tədbirlərin təşkili üçün infrastrukturun mövcudluğu, "Gənclər Paytaxtı" seçildiyi təqdirdə, həyata keçirəcəyi konkret tədbirlər planı, həmin şəhərdə (rayonda) yaşayan əhalinin sayı və gənclərin əhali üzrə faiz nisbəti, ictimai fəal gənclərin fəaliyyəti nəzərə alınır.

Səsvermədə yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs Azərbaycanın "Gənclər paytaxtı"nın seçilməsində bərabər hüquqla iştirak edir. Səsvermə zamanı verilən hər səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır. Səsvermə başa çatdıqdan sonra ən çox səs toplamış şəhər (rayon) qalib seçilir. Səslərin hesablanması xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. "Gənclər paytaxtı"nın adını 2 fevral - Azərbaycan gəncləri günündə nazirlik təntənəli şəkildə rəsmən elan edəcək.

Qeyd edək ki, 2012-ci ildən paytaxt Bakı şəhəri istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur. Bu günə qədər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı şəhər və rayonları bu ada layiq görülüb.

“Gənclər paytaxtı”nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Azərbaycanın Gənclər Paytaxtı 1 il müddətinə seçilir. Seçildiyi müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verilir.

Qeyd edək ki, fevralın 24-dən müsabiqənin onlayn səsvermə mərhələsi start götürəcək. Səsvermə www.genclerpaytaxti.az internet saytı vasıtəsilə həyata keçirilir. Səsvermə siyahısına 16 şəhər və rayonun adı daxil edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR