Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərini maliyyələşdirib
Proqrama müraciət mexanizmi çox sadədir. Müsabiqəyə müraciət Gənclər Fondunun rəsmi saytı və GencApp mobil tətbiqetməsi vasitəsilə mümkündür.
Proqramdan kimlər yararlana bilər?
- Milli qəhrəman övladları;
- Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;
- I qrup əlil valideyni olan gənclər;
- Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;
- Aztəminatlı ailədən olan gənclər.
Qiymətləndirmə Prosesi aşağıdakı kimidir:
Azərbaycan Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, eyni zamanda, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələrinin iştirakı ilə onlayn qaydada təqdim edilmiş müraciətlər hərtərəfli təhlil edilərək qaliblər müəyyənləşdirilir.
Birinci müsabiqə 2-18 noyabr 2018-ci ildə baş tutub.
Sənəd təqdim etmiş tələbələrin ümumi sayı 724, qalib olmuş tələbələrin sayı 237, qalib olmuş tələbələrin gender üzrə bölgüsü 133 qız, 104 oğlan olub.
226 əyani, 11 qiyabi təhsil alan tələbə qalib olub.
215 bakalavr, 22 magistr təhsil pilləsində olan tələbə qalib seçilib.
İkinci müsabiqə 11 iyun-19 iyul 2019-cu ildə baş tutub.
Sənəd təqdim etmiş tələbələrin ümumi sayı 1151, qalib olmuş tələbələrin sayı 425, qalib olmuş tələbələrin gender üzrə bölgüsü 285 qız, 140 oğlan təşkil edib.
406 əyani, 19 qiyabi tələbə qalib olub. Bunlardan 353-ü bakalavr, 29-u magistr təhsil pilləsində olan tələbələrdir.
Ali təhsil müəssisəsi tələbəsinin sayı 382, orta-ixtisas təhsili müəssisəsi tələbəsi 43, ali təhsil müəssisəsi 36, orta-ixtisas təhsili müəssisəsi 18 təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət