Gəncəvi Mərkəzi Çində mühüm toplantıda
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Resbuplikasında fəaliyyətini gücləndirməkdədir.
Axar.az xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Çinin Quançjou şəhərində keçirilən "İmperial Spring - 2019" toplantısında tərəfdaş kimi çıxış edib. Toplantıda NGBM-nin həmsədri, Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freiberqanın rəhbərliyi ilə mərkəzin üzvü olan ondan çox sabiq ölkə və hökumət başçısı iştirak edib.
BMT-nin Davamlı İnkişaf proqramı və beynəlxalq qaydalara əsaslanan dünya nizamına həsr olunmuş konfransın açılışında Çin Xalq Respublikasının vitse-prezidenti Vanq Qişan iştirak edib
Tədbirin çərçivəsində Çin Xalq Respublikasının lideri Si Szinpin toplantıda iştirak edən sabiq ölkə və hökumət başçılarını qəbul edərək toplantı çərçivəsində qaldırılan məsələləri müzakirə edib. Görüş zamanı xanım Vaira Vike-Freiberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu əməkdaşlığa qoşulmasının əhəmiyyəti, mərkəz tərəfindən illik təşkil olunan Qlobal Bakı Forumunun artan beynəlxalq nüfuzunu xüsusi olaraq vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət