Gəncənin yeni icra başçısı sakinlərin şikayətini dinlədi
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu dəfə Yeni Gəncə qəsəbə sakinlərinin şikayət və təkliflərini dinləyib.
Femida.az xəbər verir ki, “Açıq mikrafon” şəraitində keçən görüşdə 70-a yaxın sakin öz problemlərini dilə gətirib. Hamılıqla çoxmərtəbəli binalarda liftlərin təmirini, tüstü bacaların təmizlənməsini, dam örtüklərinin dəyişdirilməsi və ərazidə uşaqlar üçün oyun meydançasının yaradılmasını istəyən sakinlər öz fərdi problemlərini də dilə gətiriblər.
Onlar arasında isə su, torpaq və işlə təminat kimi məsələlər üstünlük təşkil edib. Səsləndirilən bir çox problemlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət