Slimfit
  1. MEDİA

Gəncənin icra başçısı növbəti dəfə səyyar qəbul keçirib

Gəncənin icra başçısı növbəti dəfə səyyar qəbul keçirib
Sakura

Gəncənin icra başçısı növbəti dəfə səyyar qəbul keçirib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hər həftə vətəndaşlarla görüşür, təklif və problemləri dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verir. Gəncənin “Sadılı” və “Natəvan” qəsəbələri ərazisində təşkil olunan növbəti görüşdə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacvıyev, Nizami və Kəpəz rayon bələdiyyələrinin sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, Gəncədə abadlıq quruculuq işləri davam edir. Yolların asfalt örtüyü yenilənir, müasir gecə işıqlandırılması qurulur. Şəhərdə olan çoxmərtəbəli binaların dam ötrüklərinin və fasadlarının yenilənməsi  işləri də davam etdirilir. Şəhər rəhbəri  qeyd edib ki, 18 və 34 nömrəli tam orta məktəb binalarında, həmçinin 32 nömrəli uşaq bağçasında əsaslı təmir və yenidənqurma  işləri həyata keçirilir. Niyazi Bayramov bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir. O, bu qəbildən olan tədbirlərin davamlı olacağını vurğulayıb.

“Açıq mikrofon” şəraitində keçirilən görüşdə sakinlər probleməlini, müraciət və təkliflərini dilə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, ara yolların təmiri, küçə işıqlandırılması, su və mavi yanaqcağın verilişi ilə bağlı məsələlər üstünlük təşkil edib. Bundan başqa sakinlər bəzi ərazilərdə avtobus dayanacağının quraşdırılmasını, 26 nömrəli marşrut xətti üzrə çalışan ictimai nəqliyyat vasitələrinin sayının artırılmasını xahiş ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı  səslənən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Dilə gətirilən bir çox məsələlər  yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Qeyd edəki ki, məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etmək olan səyyar görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun şəkildə mütəmadi olaraq keçirilir.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR