Slimfit
  1. CƏMİYYƏT

Gəncədə yaşayan parvoslavlar Pasxa bayramını qeyd edirlər

Gəncədə yaşayan parvoslavlar Pasxa bayramını qeyd edirlər
Sakura

Gəncədə yaşayan parvoslavlar Pasxa bayramını qeyd edirlər

Pasxa xristian inancına görə İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra onun zühuru münasibətilə qeyd edilən müqəddəs gündür. Bu bayrama kimi pravoslav xristianları 40 gün oruc tutur, ibadət edirlər. Əvvəlki illərdə Qərb bölgəsində yaşayan pravoslavlar Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşaraq bu bayramı qeyd edirdilər. Lakin bu il COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində elna olunan xüsusi karantin rejimi qaydalarına uyğun olaraq, «Pasxa» bayramı kütləvi şəkildə qeyd edilməyib.

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına «Pasxa» Bayramı münasibətilə təbrik ünvanlayıb. Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edən dövlət başçısı, yeniliyin, dirçəlişin, birlik və bərabərliyin rəmzi sayılan nurlu Pasxa bayramı günündə onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzu edib.

Gəncənin pravoslav xristian icmasına Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovun da təbrikləri çatdırılıb.

Pasxa bayramı günlərində icra olunan dini ayinlərlə yanaşı, bayram süfrəsi də xüsusi önəm daşıyır. Kuliç, rəngli boyanmış yumurtalar və şamlar Pasxanın simvolu hesab olunurlar.

«Pasxa»dan sonra 50 günlük “Pasxa fəsli” adlı dövr başlanır. Həmin dövr isə Müqəddəs «Üçlük Günü» ilə başa çatır.

Bildirək ki, xristianlar hər il Pasxanı Yuri və Qriqori təqviminə görə fərqli tarixdə qeyd edirlər.

Yeganə İsmayılqızı

Mənbə: genceninsesi.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR