Slimfit
  1. CƏMİYYƏT

Gəncədə karantin rejimini pozan şəxslər cəzalandırıldı

Gəncədə karantin rejimini pozan şəxslər cəzalandırıldı
Sakura

Gəncədə karantin rejimini pozan şəxslər cəzalandırıldı

Gəncədə karantin rejimini pozan şəxslər barədə inzibati tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki, həm də reyd xarakterli tədbirlər həyata keçirir.

Təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq, barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Belə ki, araşdırmalar zamanı, ümumilikdə, 208 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlardan 204-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib. Dörd şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib.

Qeyd edək ki, inzibati tədbir görülən şəxslərdən 19 nəfəri iaşə obyektlərinin sahibləridir.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR