Gəncə və Ləkəranda koronavirusla bağlı son DURUM
Azərbaycanda son günlər aktiv yoluxmanın qeydə alındığı şəhərlər Gəncə və Lənkərandır.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, Gəncə şəhərində aktiv yoluxma hallarının sayının 2 dəfə artması 6-7 gün ərzində baş verir. Qeyd edilib ki, aprel ayının 26 günündə 101 yoluxma halı müəyyən edilib. Əlavə olaraq qonşu Samux və Göygöl rayonlarında da 15 yoluxma halı qeydə alınıb.
Rəsmi məlumata görə, oxşar dinamika Lənkəran rayonunda da müşahidə edilir.
Lənkəran rayonunda da yoluxma hallarının 2 dəfə artımı 6 gün ərzində baş verib. Yoluxma halları daha çox spesifik olaraq rayonun Şahlaser kəndi ərazisində qeydə alınıb ki, bu da həmin kənd və ya bütövlükdə rayona fərqli yanaşmanın tətbiqini zəruri edir. Rəsmi məlumata görə, kənddə 61 yoluxmaqeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət