Slimfit
  1. MEDİA

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov video-konfrans keçirib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov video-konfrans keçirib
Sakura

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov video-konfrans keçirib

Gəncədə COVİD-19 infesiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətində yaradılmış Koronavirusa Qarşı Mübarizə Qərargahının hesabatına dair video-konfrans keçirilib. Video-konfransda Gəncə Şəhər İcra Haimiyyətinin başçısı Niyazi Bayramov, Kəpəz və Nizami Rayon İcra Hakimiyyətlərinin başçıları Eldəniz Xudiyev və Nizami Hacıyev, habelə qərargahın digər üzvləri iştirak ediblər. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar öz töhvəsini verməkdədir. Gəncədə də bu sahədə müvafiq işlər görülür. Belə ki, 20 mart 2020-ci il tarixdən etibarən Gəncədə Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir. Qərargahın 24 saat aktiv olan qaynar xətti vasitəsilə şəhər sakinləri onları maraqlandıran suallar və narahat edən məsələlərlə bağlı məlumat ala bilirlər. 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, COVİD-19 infeksiyasına qarşı mübarizənin ilk günlərindən Gəncədə maarifləndirmə tədbirlərinə start verilib. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətində, daxilində bir nəfər DİN əməkdaşı da olmaqla, 32 mobil qrup yaradılıb. Həmin mobil qruplar şəhərdə nəzarət-maarifləndirmə işlərini həyata keçirirlər. Buna paralel olaraq, şəhərin küçə və prospektlərində, qəsəbələrində, çoxmənzilli yaşayış binalarında, uşaq bağçaları, məktəb və universitetlərdə, habelə Gəncə Uşaq Evi, Gəncə Şəhər 2 saylı Körpələr evi, Gəncə “SOS” Uşaq Kəndi, o cümlədən Gəncə Şəhər Pensiyaçıların Ərzai Sosial Xidmət Mərkəzində dezinfeksiya işləri aparılıb və aparılır. Bunlarla yanaşı Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı olan sakinlərə və yaşayış gəlirləri aşağı olan ailələrə yardımlar paylanılır. Ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq, Heydər Əliyev Fondu tərəfindən 7000-ə yaxın, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 300-ə yaxın,  digər müəssisə, təşkilat və iş adamları tərəfindən isə 2000-ə yaxın aztəminatlı ailəyə və tənha ahıl şəxsə sovqat paylanılıb. Həmçinin RİH-lərin könüllü əməkdaşları tərəfindən yaşı 65-dən yuxarı 250 nəfər tənha şəxsə (o cümlədən, müxtəlif səbəblərdən tənha yaşayan şəxslərə) sosial xidmətlər göstərilib.

Yerli televiziya, radio və xəbər saytlarında təbliğat işləri həyata keçirilib. Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən “Həyat evdədir” devizi altında 2 sosial çarx hazırlanaraq, ictimaiyyətə təqdim edilib. 

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev bildirb ki, COVİD-19 infeksiyasının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. O qeyd edib ki, yaradılmış mobil qruplarda təmsil olunan əməkdaşlar tərəfindən Nizami rayonu ərazisindəki bankomatların qarşısında, aptek və mağazalarda sosial məsafənin saxlanılmasına riayət olunması barədə mütəmadi olaraq maarifləndirici izahat işləri aparılır. Rayon ərasizində yaşayan  150-dən çox aztəminatlı ailəyə RİH və Nizami rayon bələdiyyəsi tərəfindən ərzaq yardımı olunub. 

Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri Kəpəz rayonunun ərazisində də aparılır. Bu barədə isə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev məlumat verib. O bildirib ki, RİH nəzdində yaradılmış mobil qrupların üzvləri əhali arasında maarifləndirmə tədbirləri aparır, xüsusi karantin rejimi qaydalarına riayət olunmasının önəmini xatırladırlar. RİH və Kəpəz rayon bələdiyyəsi tərəfindən 200-ə yaxın aztəminatlı ailəyə ərzaq da yardımı edilib. 

Video-konfransda iştirak edən Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini Oktay Süleymanlı bildirib ki, xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə nəzarət üçün Gəncənin giriş-çıxışlarında 8, daxilində isə 17 post qurulub. Şəhər üzrə xüsusi karantin rejimi qaydalarının pozulması ilə bağlı 774 fakt aşkarlanıb, 11 nəfər barəsində aidiyyatı məhkəmənin qərarı ilə inzibati həbs seçilib. 

Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İlqar Əhmədov  aparılan dezinfeksiya işlərindən danışıb. O qeyd edib ki, çoxmənzilli binalar, küçə və prospektlərlə yanaşı, park və xiyabanlar, habelə xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən bütün idarə və müəssisələr dezinfeksiya edilib. O bildirib ki, mərkəz  Səhiyyə Nazirliyi tərəfindən dezinfeksiyaedici məhlulla təmin olunub. 

Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov bildirib ki, COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün xüsusi işçi qrupu yaradılıb. Bununla yanaşı, Gəncədə müasir molekulyar laboratoriya qurulub. Tibb işçiləri və ximət sahələrində çalışan şəxslərdən yaxma nümunələri götürülərək, COVİD-19 testi aparılıb. Bu istiqamətdə işlər davam etdirilir. 

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Araz Rəfibəyli qeyd edib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin tövsiyyəsinə uyğun olaraq ictimai nəqliyyat vasitələrində dezinfeksiya işlərinə fevral ayından başlanılıb və hazırda da davam edir. Avtobuslarla yanaşı, şəhərdə taksi xidməti göstərən avtomobillər də dezinfeksiya olunublar. Sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitələri sürücülərinin hər biri COVİD-19 testindən keçirilib. Onların tibbi maska və dezinfeksiyaedici məhlullardan istifadə etməsinə xüsusi nəzarət olunur.  

Video-konfransın sonunda Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsinə dair  əlavə tədbirlər haqqında sərəncamına əsasən Gəncədə 200 çarpayılıq modul tipli xəstəxananın inşasına başlanılıb. Şəhər rəhbəri qarşıda duran vəzifələrin icrasına dair müvafiq tapşırıqlar verib. 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR