Slimfit
  1. CƏMİYYƏT

Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edən Qarabağ müharibəsi əlili evində ziyarət edilib

Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edən Qarabağ müharibəsi əlili evində ziyarət edilib
Sakura

Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edən Qarabağ müharibəsi əlili evində ziyarət edilib

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun tapşırığına əsasən, ağır Parkinson xəstəliyindən əziyyət çəkən Ramil Ələsgərova dərman preparatları və ərzaq sovqatı təqdim olunub. 

Ens.az Apa.az-a istinadən xəbər verir ki,I qrup əlil R.Əsgərovun evində olan  Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov dövlət başçısının tapşırığı əsasında onların sosial problemlərinin daim diqqətdə saxlanıldığını və köməklik göstəriləcəyini qeyd edib. 

Bildirib ki, ölkədə Vətənin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına olan qayğı həmişə yüksək səviyyədə olub.

Ramil Ələsgərovun ailə üzvləri öz növbəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, I qrup Qarabağ müharibəsi əlil Ramil Ələsgərov 2015-ci ildə  Heydər Əliyev Fondunun dəstəyi ilə  Türkiyədə müalicə olunub. Hazırda Yeni Gəncənin 2-ci mikrorayonunda Qarabağ əlilləri və şəhid ailələri üçün inşa edilmiş binada yaşayır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR