Slimfit
  1. MEDİA

Gəncə Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
Sakura

Gəncə Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti vətəndaş qəbulunu keçirib. I Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin də  iştirak etdiyi qəbulda, vətəndaşları narahat edən məsələlər dinlənilib, dilə gətirilən problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb.

Görüşdə səsləndirilən məsələlər arasında işlə təminat, müalicə üçün göndərişin verilməsi, fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin ayrılması, qaz və su ilə bağlı yaranan çətinliklərin aradan qaldırılması kimi məsələlər üstünlük təşkil edib.

Sakinlərin müraciətlərini tək-tək dinləyən şəhər rəhbəri, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Belə ki, müalicə üçün müraciət edən iki nəfərə müvafiq qaydada göndərişlər verilib, ehtiyacı olan bir neçə şəhid ailəsinə isə maddi yardım göstərilib.

Görüşdə iştirak edən şəhid yaxınları Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan “gencesehidleri.az” saytı üçün təşəkkürlərini bildirib, saytın Azərbyacanın ərazi bütövlü uğrunda canından keçən igid oğullarımızın tanıdılması və xatirələrinin yaşadılması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Digər məsələlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilmək üçün qeydiyyata götürülüb. 

 

Gəncə Şəhər İcra Hakimiyyəti

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR