Gəncə ləhcəsi
Azərbaycan dili - Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilidir. Türk dillərinə mənsubdur. Məlumdur ki, başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil olan dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Azərbaycan dili Türk dilləri ailəsinin oğuz dilləri qrupunun Oğuz-Səlcuq yarımqrupuna daxildir. Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya ərazisində istifadə olunur.
Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:
- Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri
- Qərb dialekti — Qazax, Qarabağ, Gəncə dialektləri
- Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
- Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri
Dilimizin dialektləri haqqında xüsusilə XX yüzilliyin 60-cı illərindən sonra geniş araşdırmalar, elmi tədqiqatlar aparılıb. Bunların nəticəsində çoxsaylı elmi tədqiqat işləri, monoqrafiyalar dərc olunaraq oxucuların və bu sahəyə marğı olanların istifadəsinə verilib. Ens.az saytının təqdim etdiyi bu məqalə Qərb dialekti, əsasən isə Gəncə subdialektinə həsr olunub. Müəllif Turqan Əliyev tərəfindən hazırlanan məqalədə M.Şirəliyevin “Dialektologiyanın əsasları”, “Azərbaycan Dilinin İzahlı Lüğəti”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun sifarişi ilə çap olunan “Azərbaycan Dilinin Dialektoloji Lüğəti” kitablarından istifadə edilib.
Qeyd edək ki, Qərb Dialekti cüzi fərqləlrlə 3 subdialekt qrupa ayrılır:
- Ayrım - Qarapapaq subdialekti - əsasən Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Gürcüstanda (Borçalı, Qaraçöp mahalı) işlədilir.
- Gəncə şəhəri (və bir neçə yaxın rayon mərkəzləri ) subdialekti.
- Qarabağ (və yaxın rayonlar) subdialekti.
Azərbaycan dilinin Qərb (Gəncəbasar) dialektləri ilə digər türk dillərinin dialektləri arasında oxşar xüsusiyyətlər çoxdur. Anadolu türkcəsi ilə oxşarlığı xüusi olaraq seçilən sözlərin bəzilərini qrafik şəklində təqdim edirik:
№ |
Ədəbi Azərbaycan Dili |
Gəncəbasar dialekti |
Türkiyə Türkçəsi |
1. |
Çeynə |
Çiynə |
Çiğnə |
2. |
Çünki |
Çünkü |
Çünkü |
3. |
Ümid |
Umut(umud) |
Umud |
4. |
Radio |
Radyo |
Radyo |
5. |
İyirmi |
yirmi |
Yirmi |
6. |
Yəhudi |
Yahudi |
Yahudi |
Başqa Türk dilləri ilə oxşar olan dialekt sözlər:
№ |
Ədəbi Azərbaycan |
Qırğızca |
Qazaxstan |
Nogayca |
Gəncəbasar |
1. |
Xəbər |
Xavar |
Xavar |
Xabar |
Xəvər, xavar |
2. |
Xəmir |
Xamur |
Xemir |
kamır |
Xamır |
Yazılışına görə ədəbi dilimizdən fərqlənən Gəncəbasar dialektində istifadə edilən sözlər az deyil. Ancaq elə sözlər də var ki, ədəbi dilimizdə ya ümumiyyətlə yoxdu, yaxud az rast gəlinir. Bu cür sözlərin bir qismini aşağıda qeyd edirik:
№ |
Gəncəbasar |
Ədəbi Azərbaycan dili |
1. |
Pışkı |
Mişar |
2. |
irusya |
Rusiya |
3. |
Yiyə (yiyəsi) |
Sahib (Sahibi) |
4. |
Çaxır |
Şərab |
5. |
Çayan |
Əqrəb |
6. |
Sızıx (sızıq) |
Xətt |
7. |
Kir |
Çirk |
8. |
Öy |
Ev |
9. |
Ayna |
Pəncərə (güzgü) |
10. |
Gəvə |
Böyük xalça |
11. |
tel |
Tük, saç |
12. |
intası |
Lakin |
Sırf Gəncə sudialektinə aid olan sözlər sözlər də var:
• Ağali – bu söz adətən oğlanlar arasında müraciət kimi işlənir. Bəzi mülahizələrə görə, Ağali deyimi, Ağa Əli - yəni İmam Əli Ağa ilə bağlı olaraq yaranıb. Bu iddiaya görə, gəncəlilər vaxtilə Ağali deyərək İslam dinin böyük şəxsiyyətlərindən olan Ağa Əlinin (İmam Əli Əbu Talib) salamı olsun, Ağa Əlinin xatirinə anlamında bir-birini salamlayırlarmış.
• Qadanalım – yəni Qadanı alım. Bu deyim Gəncə dialektinin özünəməxsus şirinliyini və mehribanlığını əks etdirir. Qadanı alım yəni ağırlığını yükünü, əziyətini mən çəkim anlamına gəlir.
• Lələ - Lələ sözü qədim gəncəlilərin bir birinə xitabən istifadə etdiyi sözlərdi. Lələ sözünün mənası tək, uca, hörmətli, qardaş deməkdir.
• Başına dönüm – bu söz adətən böyüklərin yaşca kiçiklərə olan izzətindən, nəzakət və sevgisindən irəli gəlir. Başına dönüm ifadəsinin mənası sənin başına iş gəlməməsi üçün çaba göstərim, əziyət çəkim, qoruyum deməkdir.
• Qurban olum – Yaxın adamların arasında çox istifadə olunan bu söz də mehribanlığı ifadə edir.
• Dana – Gəncəlilərə xas bir şəkilçi. Adətən əsəbləşən anda feillərin sonuna əlavə olunur. Misal üçün: “Gəlirəmdana”, “bəsdidana” və s.
• Fılankəs - bu deyim, kimlərsə sözünün sinonimidir.
Bunlarla yanaşı gəncəlilərin dilindən düşməyəcən { J } səsi haqqında qısa məlumat verim. Gəncə ləhcəsinin ayrılmaz hissəsi olan bu səs hərəkət feilində istifadə olunur. Misal: Gələjəm-Gələcəm. Görüşəjiyiy – Görüşəcəyik və s.
Gəncə subdialektində tarixən istifadə olunmuş və hal hazırda istifadə olunan sözləri və onların izahını lüğət formasında təqdim edirik:
Gəncəbasarda işlənmə şəkli |
Ədəbi dildə izahı |
Aa
Adna |
cümə axşamı |
Adna, Adnalıx |
ölən adam üçün cümə axşamları günü verilən ehsan |
Ağbajı |
Dayı və ya əmi arvadı |
Ağırtaxtalı |
ləng |
Ağkərdi |
şaftalı növü |
Axarbaxarrı |
mənzərəli yer |
Axarratmax |
bir şeyi axar suda yudurtmaq |
Ajıpəncər |
vəzəri |
Ajıtma |
xəmir mayası |
Alaca |
əkin sahəsi içərisində toxum səpilməmiş yer |
Alaqojax |
heyvan xayası |
Alaqulux |
həşarat adı |
Alısın |
payızda bitən ot |
Almannamax |
biabır etmək |
Almaşdamax |
yoluşdurmaq |
Anaüryən |
lüt |
Anarı |
o tərəf |
Anayolu |
ərə gedən qızın anasına alınan hədiyə |
Anarı |
bəri, xırda-xuruş |
Aroy |
çirkli su |
Arranmax |
utanmaq |
Arsala |
heyvanın budunun aşağı hissəsi |
Aşırmax |
pulu dağıtmaq |
Avazımax |
xəstələnmək |
Avdal |
axmaq |
Ayna |
pəncərə |
Ayrannıx |
qarın |
Azıtmax |
azdırmaq |
Bb
Babaqulu |
Boz rəngli mərcan |
Babayoğurt |
Yalançı pəhləvan |
Badalax |
Quşların uzağa uçmaması üçün bağlanan ip |
Badkeş |
Müalicə məqsədi ilə xəstənin kürəklərinə qoyulan banka |
Bağdanus |
Cəfəri(göyərti) |
Bağır |
Qaraciyər |
Bağırıbadaş |
Can bir,dil bir dost |
Bayatılıx |
Mayalı xəmir |
Balbaz |
Balbas (qoyun cinsi) |
Balva |
Balba (əməkömənci) |
Bandax |
Meyvələrin asılması üçün hazırlanan ip |
Barı |
Divar |
Basalax |
Qohum, tayfa |
Basmaxana |
Yalan |
Basmaxanaçı |
Yalançı |
Başəyax |
Kəlləpaça, xaş |
Bazburut |
Boy-buxun |
Bəax |
Biraz öncə |
Bəbə |
Uşaq oyuncağı |
Bəlgə |
Toy öncəsi adət |
Bij |
Ağacın dibində çıxan cavan zoğ |
Bic |
Valideyinləri məlum olmayan |
Bij |
Hiyləgər |
Bihəltəx |
nadinc |
Bijəndərriy |
Hiyləgərlik |
Bir qırdax (birqırıx) |
Bir parça (bir hissə) |
Boğazaltı |
Qadınların boyunlarına taxdıyı qızıl ziynət əşyası |
Cc
Cahılbaş |
Gənc qız , gəlin |
Cala |
Çay sahilində meşə |
cana |
Pis yararsız |
cejix |
Paça |
carramax |
Yuyandan sona pak etmək |
Cələflix |
Zəiflik |
cırnaz |
Həqiqəti seməyən |
Cibəllək |
Cəld |
Cürəfli |
Uzun boylu |
Cütdəməy |
şumlamaq |
Çç
Çaxnaxçı |
Ara vuran |
çanax |
Ölçü qabı |
Çarpana |
Dənəvər (barıt) |
Çəmbərənmək |
xoruxlanmaz |
Çöməlmək |
Yarımçıq oturmaq |
Çənnənməy |
Heyvan xəstəliyi |
çıqqa |
Çələng |
Çiləkən |
Selin gətirdiyi iri ağac, kötük |
çoxnax |
Canavar sürüsü |
çortdağan |
AT (narahat yerişli , yorğa olmayan, adamı atıb- tutan) |
Dd
Daldey |
Arxa yer |
Dax su |
İlıq su |
dam |
Tövlə |
Darvaza |
Məhlə qapısı |
Dəlləy |
Usta (Saç ustası) |
Dərbə |
yem |
Dola |
Kəklik tutmaq üçün tələ |
Əə
Əcəbsəndə |
Gəncəyə xas xörək |
Ələngə |
ətsiz iri sümük |
ərəsət |
Daha çox , xeyli |
əylən |
otur |
əylənmək |
Oturmaq |
əzbay |
Aciz, tənbəl |
əyləşmək |
Oturmaq |
Ff
Firni |
Gəncə mətbəxinə xas xörək |
Gg
Gejdən |
Səhər tezdən |
Göyərmə |
Heyvan xəstəliyi |
Hh
Hanjarı |
Necə, nə cür. |
Hatana |
Hanı? |
Her-heş |
Çör-çöp |
Həlləmuş |
Hələmhuş |
Həşəri |
Dalaşqan |
Hörtdətməy |
Başına çəkib içmək |
Höləki |
Səbirsiz |
Huydumağac |
Uşaq oyunu |
Hünük |
İlıq |
Xx
Xamır |
Xəmir |
Xıbız |
Qaradinməz |
Xıbır |
Çingəl |
İi
İblis |
Şeytan(heyvan,sürünən) |
irax |
İraq, uzaq, səndən ötsün |
Kk
Kalça |
Camış balası |
Kəhlə |
Yabanı bitki |
Kəlpir |
Sarı torpaq |
kirik |
Sakit |
Kirimək |
Sakitləşmək |
kir |
çirk |
Kökəlməy |
Yekəlmək |
Kükü |
Göyərti və yumurtadan hazırlanan xörək |
Qaramalığ |
Bataqlıq |
qaramaşın |
Yük vaqonu |
qarama |
Palçıq lehmə |
qarapapaq |
Xəstəlik- adı heyvanlarda |
qareyla |
Yemişan |
qarım |
Kiçik su arxı |
qarımax |
Cütləşmək (heyvanlara aid) |
qarındırmax |
Cüləşdirmək |
Qarın-qarta |
içalat |
qarğamaq |
Bəddua etmək |
qasnaxlamax |
Tələsik tikmək |
qavax |
Buynuzsuz keçi, qoç |
Qavaxda getmək |
Öndə getmək |
qavqarmax |
Qablaşdırmaq |
Qır vermək |
Naz etmək |
qıypınmax |
Diksinmək |
qidıx |
Keçi balası |
Ll
lağar |
gen |
Lalaməlix |
Qorxaqsan |
lalıx |
Yetişmiş |
lartı |
Tənbəl |
lavar |
Qaş qabaq |
lavaş |
Alça, zoğal və s meyvədən hazırlanmış turşu |
Ləj |
davakar |
Lələ |
Böyük qardaş |
Ləjdiy |
Düşmənçilik |
Lələx |
Qarğı yarpağı |
Ləlöyün |
Ac, kasıb, səfil |
Löyün |
görünüş |
Lümə |
Qısa quyruqlu quş, it. |
Mm
Mafraxlıx |
Kövrəklik, yumşaqlıq, zəiflik |
mağallax |
Dəirman daşını bir yerdən başqa yerə aparmaq |
mayallax |
Dombalaq aşmaq |
mejmei |
Paxlava bişirilən qab |
Məzəgavalısı |
Turş gavalı |
Mırt vurmaq |
Boş-boş danışmaq |
Mısmaq |
Küsmək |
mırtıx |
Dişsiz dişi tökülmüş |
Milçək |
İki tərəfli əkmək |
Mirzə |
Qayın |
Möhrə |
Palçıq divar |
Muçux |
Səpki |
Müçüy |
qədim oyun |
Muxulluq |
Paxıllıq |
Nn
Namüjməl |
Naməlum |
Nardaşa |
Narşərab |
Nasır |
Qabar |
Nay |
Məzəli, zarafatcıl |
Nədərət |
Tutağan (itə aiddir) |
Niş |
Tənə vurmaq |
Nodərəmət |
Həddindən artıq çox |
Nusqabənt |
Ara həkimlərinin göstərişi ilə dərmanlar hazırlayıb satan |
Noxsant |
xatakar |
Oo
Obaş |
Tezdən, sübhdən |
Oğursax |
Çox arıq (heyvan) |
Oxax |
Ovuntu |
Ojaxlıx |
Nəsillik |
Onatdi |
Tutarlı, güclü |
Ortalamax |
Belindən tutmaq (güləşmədə) |
Osmaxlatmax |
Sirr açdırmaq, aldadıb söz almaq |
Otarmaq |
Aldatmaq |
Oyuxlamax |
Sahələri bir-birindən ayırmaq üçün nişan qoymaq |
Öö
Öddəməy |
Acılamaq, acı etmək |
Öfgələmməy |
Şişmək |
Ökəşiy |
Əzik,əzilmiş |
Önürrü |
Qabağı iki sıra düyməli (paltar) |
Ötgün |
Xəstəlik adı, bel ağrısı |
Öydə |
Qabaq, əvvəl, tez |
Öyşəx |
Qonur rəngli quş |
Pp
Pampaxlıx |
Acizlik |
Papırtma |
Doğramac |
Pazı |
Çuğundur |
Pələbuynuzy |
Yoğunbuynuz |
Pəsgərdən |
Qoyunun boynu |
Porumax |
Xarab olmaq |
Pusdumarı |
Zərif (tənzif) |
Pülk |
Lax (yumurta) |
Püsyər |
Səpələnmək |
Ss
Sabahi |
Üzüm növü adı |
Sağsökəl |
Yarıxəstə, yarımsağlam |
Saxlaşdı |
Ehtiyatlı, qənaətcil |
Səkil |
Ən yaxşı |
Səkməx |
Axsamaq, yellənmək |
Sıfqarramax |
Axırıncı qəpiyinə kimi xərcləmək |
Sırışmax |
Dırmaşmaq |
Silixməx |
çırpmaq |
Sürmə |
Quş dəstəsi |
Süyümlü |
Qaməti düz, görkəmli, boy-buxunlu |
Şş
Şaldırğan |
Kiçik şəlalə |
Şayan |
Əqrəb |
Şəbbələnməy |
Bərk əsəbləşmək, hirslənmək |
Şoqqax |
Laxlayan, yararsız, köhnəlib xarab olmuş |
Şöt |
Maili, əyri |
Şuğul |
Xəbərçi, araqarışdıran |
Şüyrə |
Dərini yumşaltmaq və təmizləmək üçün alət |
Tt
Taxdalamax |
əkin sahəsini zolaqlara ayırmaq, hissələrə bölmək |
Tana |
Sırğa |
Ter |
Böyük xurcun |
Teyləməy |
Qovmaq |
Tifcəy |
Parça, qəlib |
Törə |
Qısaboylu, gödək |
Tulatutan |
Yabanı ot adı |
Tün |
Hər iki tərəfində müxtəlif dükanlar olan üstüörtülü pasaj |
Uu
Uaxdan |
Sandıq |
Ulaxşmax |
Ağlamaq, kövrəlmək |
Üləşiy |
Dəhnə,kiçik su ayrıcı |
Ünnəməy |
Səsləmək, çağırmaq |
Üşəmməy |
Şübhələnmək |
Üzdəmməy |
Həyasızlaşmaq, sırtıqlaşmaq |
Üzdüy |
Çörəyin üzünə vurulan yumurta, ayran və s. |
Yy
Yağır |
Süründürməçi, borc alıb qaytarmaq istəməyən |
Yağlaşo |
Yağı yuyulmamış çirkli qab-qacaq |
Yaxınkeş |
Boşqab |
Yalama |
Heyvana verilən daş duz |
Yanımax |
Qorxutmaq, hədələmək |
Yekəxana |
Lovğa |
Yelçəkən |
Havatəmizləyən, havadəyişdirən aparat |
Yonqarramax |
Yonmaq |
Yüyənək |
Çayın iti axan yeri |
Yığan |
Tuluq |
Zz
Zaxma |
Dirək |
Zayıllamax |
Axmaqlamaq, ağlını itirmək |
Zeh |
Rəf |
Zəqqutun |
Acı, zəhər |
Zılx |
Çuğundur |
Zırıx |
Yekə, böyük |
Zıvın |
Qalın üst geyimi |
Zingilə |
Üzüm salxımının bir hissəsi, üzərində bir neçə gilə olan hissə |
Müəllif: Turqan Əliyev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət