Gəncə Dövlət Universitetinin əməkdaşları İsveçdə beynəlxalq təlimdə iştirak ediblər
İsveçin Upsala və Kral Texnologiya Universitetində Bakı Biznes Universitetinin əlaqələndiricisi olduğu Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycan universitetlərində keyfiyyətə təminat mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi (EQAC)” layihəsinin təlimləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlərdə ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Gəncə Dövlət Universitetinin innovasiyalar departamentinin əməkdaşları da iştirak ediblər.
Təlimlər zamanı isveçli mütəxəssislər keyfiyyətin təminatı ilə bağlı təcrübələrini bölüşüb, tövsiyələrini veriblər.
Sonda təlim iştirakçılarına Kral Texnologiya Universiteti tərəfindən sertifikatlar təqdim olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət