Slimfit
  1. CƏMİYYƏT

Gəncə Daşların yaddaşı - Ozan məscidi

Gəncə Daşların yaddaşı - Ozan məscidi
Sakura

Gəncə Daşların yaddaşı - Ozan məscidi

Şah Abbas məscidinin sadələşdirilən formasında tikilən bu tarixi abidə məhəllə sakinlərinin xatirində daha çox bir amillə yadda qalıb.

Trend-in məlumatına görə, diri-diri yandırılan məsum insan fəryadlarının tarixi şahidi olan məscid, Ozan məhəlləsində yerləşdiyinə görə bu cür adlandırılır. Abidənin tikilməsi haqqında müxtəlif fikirlər söylənilir.

"Gəncənin tarix yaddaşı" kitabının müəllifi mərhum Fərrux Əhmədov onun inşasını 1884-cü ilə aid edir. Professor Sadıq Şükürovun "Gəncənin tarixi abidələrindən" kitabında da 1884-cü il Ozan məscidinin tikildiyi il kimi göstərilir. Bu haqda rəsmi mənbələr isə tamamilə başqa fikrə söykənir. Ozan məscidinin girəcəyində, qapının üstündə ərəb əlifbası ilə yazılan əlyazma mütəxəssislərimiz tərəfindən oxunub.

Məlum olub ki, məscid 19-yox, 18-ci əsrə aiddir və 1786-cı ildə tikilib.Lakin bəzi yazılar pozulduğundan məscidin memarı haqqında məlumat vermək çətinlik yaradır. Ozan məscidi eyni zamanda Hacı Abbaslı məscidi də adlandırılır. Məscidin Hacı Abbas kişinin adı ilə çağırılması tiklinin əsasən bu kişinin hesabına inşa edildiyini göstərir. Lakin,böyük əksəriyyətin fikrini nəzərə alsaq məhəllə kəhrizi kimi məscidin də məhəllə camaatının hesabına tikildiyini söyləmək olar. Ozan məscidini diri-diri yandırılan məsum insan fəryadlarının tarixi şahidi adlandırdıq. Ötən əsrin əvvəllərində Ermənilərin xilas olmaq üçün məscidə sığınanları diri-diri yandırımaları bu fikrimizi söyləməyə əminlik verir. Həqiqətən də əsil soyqırıma canlı şahidlik edən Ozan məscidi göz dağı kimi məhəllə sakinlərinin və yerli əhalinin qarşısında bu gün də canlanır.

O faciənin canlı şahidi olan gəncəli Məmməd Ibrahim oğlu Altunbəy 1989-ildə Ankarada çıxan "Hürriyyətə uçan ilk pilot" kitabında o günləri xatırlayaraq yazır:

"Ən böyük faciə Ozan məscidindəydi... Açıq qalan qapı önündən keçərkən duyduğumuz dəhşətdən qanımız dondu. Məscidin ortasında yüzlərlə insanın yanğından qıvrılıb qalan cəsədi qorxunc bir mənzərə yaradırdı... Diri-diri yandırılan məsum insanların qanı və yağı kömürləşən qapının altından çölə axırdı. Cəsədlər arasında necə olubsa yanmayan, fəqət qaralıb qalan əllər, əl və ayaq parçaları, saç hörükləri faciənin böyük dəhşətini daha da artırırdı... Küçənin o biri başında beşaltı erməni akkardion çalırdı. Bizi görcək bağırıb söyməyə başladılar".

Bəli, belə bir faciənin şahidi olub Ozan məscidi. Məscid 1920-ci ilə kimi fəaliyyət göstərib, dindarlara xidmət edir. Sovet dövründə uzun müddət fəaliyyətsiz qalır. Bir müddət burada korlar arteli, sonra isə ərzaq mağazası yerləşdirilir.

Nəhayət, 1979-cu ildə Ozan məscidi yenidən bərpa olunur. Məscidin bərpası zamanı rəssam Rüstəm Hüseynquliyev divarlarda gözəl sənət əsərləri yaradır. Bu rəsmlərdə Azərbaycan xalqının adət -ənənələri, xalq rəqsləri, çalğı alətləri, həmçinin Gəncənin qapıları və qala divarları, şeyx Nizaminin əksi təsvir olunur. Bundan sonrakı dövrdə məscid bir müddət Nizami xatirə muzeyi, kitab mağazası kimi fəaliyyət göstərir. Hazırda isə Ozan məscidi kitabxana kimi əhaliyə xidmət göstərir. Tarixin məşəqqətlərini özündə yaşadan Ozan məscidi bundan sonra da öz tarixini,yaşadığı faciəni tam açıqlığı ilə Gəncə sakinlərinə, şəhərimizə qədəm qoyan əcnəbilərə, xüsusilə gənc nəslin nümayəndələrinə çatdıracaq, soyqırım abidəsi kimi zamanın cəlladlarına meydan oxuyacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR