Gəncə Avtomobil Zavodunun Türkiyədə inşa etdiyi “Belarus” markalı traktorların istehsalı zavodunun açılışı…
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi tərəfindən Türkiyənin Krıkkale bölgəsində inşa edilən “Belarus” markalı traktorların istehsalı zavodunun açılışı aprelin 15-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihə dəyəri 17 milyon ABŞ dolları olan zavodda bu vaxtadək görülən işlərə ümumilikdə 5 milyon dollar vəsait xərclənib.
Qeyd edək ki, aprelin 16-da Ankarada Türkiyə-Belarus biznes forumu keçiriləcək. Biznes forum çərçivəsində gələcəkdə istehsalı nəzərdə tutulan 1221.4 və 1523 model “Belarus” traktorlarının təqdimatı da olacaq.
Azərbaycanın geniş tərkibli heyətlə təmsil olunacağı açılış mərasimi və biznes foruma Türkiyə ilə Belarusdan hökumət üzvləri, rəsmi şəxslər qatılacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət