Slimfit
  1. MƏDƏNİYYƏT

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıb

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıb
Sakura

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümü virtual olaraq açıq elan edib. Sentyabrın 26 və 27-si Teatr özünün feysbuk səhifəsində 93-cü mövsümə başlayacaq. Belə ki A. Şaiqin "Tıq-tıq xanım", H.Cavidin "Şeyx Sənan", Azərbaycan xalq nağılı  "Göyçək Fatma" və  L.Nurenin "Mən gəldim qızlar...(Müharibə)" əsərləri əsasında quruluş verilmiş eyniadlı tamaşalar teatrsevərlərə təqdim olunacaq.

Mətbuat xidmətindən verilən məlumata görə Operativ qərargahın teatrlar haqqında qərarına qədər tamaşalar onlayn şəkildə təqdim olunacaq. Daha sonra teatrlarla bağlı qoyulacaq qaydalar çərçivəsində səhnə əsərləri ənənəvi qaydada tamaşaçılar üçün nümayiş etdiriləcək.

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrında İsmayıl İmanın "Balaca yaramaz məxluq" və R.Kiplinqin "Mauqli" əsərləri əsasında tamaşaların onlayn məşqi keçirilir. Teatrların iş rejiminin bərpasından sonra bu yeni tamaşaların premyerası nəzərdə tutulur.

AZƏRBAYCAN DÖVLƏT GƏNC TAMAŞAÇILAR TEATRI

SENTYABR 2020

VİRTUAL REPERTUAR

Sentyabr 2020

Müəllif və tamaşalar

Başlanır

26

Sentyabr

93- cü teatr mövsümünün virtual açılışı

A. Şaiq "Tıq- tıq xanım"

 

H.Cavid "Şeyx Sənan"

-12:00

-19:00

27

Sentyabr

Azərbaycan xalq nağılı  "Göyçək Fatma"

L. Nuren "Mən gəldim qızlar...(Müharibə)"

-12:00

-19:00

 

Mənbə: Milli.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR