Müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının retro musiqilərini gənclər arasında tanıtmaq və gənc virtuoz musiqiçiləri üzə çıxarmaqdır.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Notların möcüzəsi” gənc virtuozlar layihəsi başa çatmışdır. Karantin dövrünə təsadüf etdiyi üçün onlayn formatda gerçəkləşdirilən musiqi müsabiqəsi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynamışdır. Müsabiqəyə 15-dən çox rayondan 150-yə yaxın tələbə, küçə musiqiçiləri, musiqi təhsili olmayan istedadlı ifaçılar, həmçinin gənc musiqi kollektivləri qatılmışdır. İfası ilə fərqlənən 10 iştirakçı kubok, sertifikat və digər həvəsləndirici hədiyyələrlə təltif olunmuşdur. Müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının retro musiqilərini gənclər arasında tanıtmaq və gənc virtuoz musiqiçiləri üzə çıxarmaqdır.
Gənc sosial şəbəkə istifadəçiləri arasında Azərbaycan korifey bəstəkalarının və onların retro bəstələrinin təbliğ olunması məqsədilə 50-dən çox musiqili animasiya hazırlanmış, həmçinin səhifə izləyiciləri üçün 16 həftə boyunca Azərbaycan musiqi mədəniyyətinin gənclər arasında aşılanmasına xidmət edən hədiyyəli yarışmalar təşkil edilmişdir.
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Notların möcüzəsi” gənc virtuozlar layihəsinin məqsədi gənc musiqiçilərin yaradıcı fəaliyyətinə stimul vermək, Azərbaycan musiqi mədəniyyətinin təbliğ edilməsinə, gənclərin musiqi və estetik zövqlərinin formalaşmasına dəstək olmaqdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət