Slimfit
  1. İDMAN

Gənc cüdoçuların Azərbaycan birinciliyində fərdi yarışları başa çatdı

Gənc cüdoçuların Azərbaycan birinciliyində fərdi yarışları başa çatdı
Sakura

Gənc cüdoçuların Azərbaycan birinciliyində fərdi yarışları başa çatdı

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində gənclər arasında keçirilən cüdo üzrə ölkə birinciliyində fərdi yarışlar başa çatıb.

"Report"un məlumatına görə, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və bölgələrdən 51 komandadan 367 idmançı (311 oğlan, 56 qız) medallar uğrunda mübarizə aparıb.

Fərdi yarışların sonuncu günündə daha səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşib.

Oğlanlar arasında Nicat Məmmədli (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Cahangir Məcidov (90 kq) və Camal Feyziyev (+100 kq) bütün görüşləri qalibiyyətlə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xanım idmançıların mübarizəsində isə Vüsalə Kərimova (48 kq), Fəridə Səfərova (57 kq), Xədicə Rəşidova (70 kq) və Aytəkin Paşazadə (+78 kq) məğlubiyyət tanımayaraq Azərbaycan çempionu adını qazanıblar. Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, gənc cüdoçuların respublika birinciliyinə bu gün təşkil olunacaq komanda yarışları ilə yekun vurulacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR