Dərc edildi: Baxış sayı: 591
Gənc azərbaycanlı virtuoz musiqiçi Antalya konsert mövsümünü açıq elan edəcək
Antalyada konsert mövsümünü azərbaycanlı “Paqanini”-Əməkdar artist, Prezident təqaüdçüsü, skripka virtuozu, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına daxil edilən Elvin Xoca Qəniyev açacaq.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, həmyerlimiz Antalyada konsert mövsümünü dirijor Rehqim Qekmenin rəhbərliyi altında Antalya simfonik orkestrinin müşayiəti ilə açacaq. O, səhnəni violonçelist Dorukxan Dorukla bölüşəcək. Onlar birlikdə tanınmış almaniyalı bəstəkar İ.Bramsın skripkaçılar və violonçelistlər üçün bəstələrini ifa edəcəklər.
Qeyd edək ki, hər il Antalyada dünya ulduzlarının iştirakı ilə konsert mövsümü keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət