Slimfit
  1. CƏMİYYƏT

Gələn ilin dövlət büdcəsində Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb

Gələn ilin dövlət büdcəsində Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb
Sakura

Gələn ilin dövlət büdcəsində Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb

2025-ci ilin dövlət büdcəsində Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun gəlirləri və xərcləri bərabər olmaqla 8 milyon manat həcmində proqnozlaşdırılıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin zərfi"ndə qeyd edilib.

Həmin vəsait əsasən təbiətdən istifadəyə görə ödəmələr, ətraf mühitin mühafizəsi haqqında (balıqçılıq istisna olmaqla) qanunvericiliyin pozulmasına görə alınan cərimələr, müsadirə olunan ovçuluq alətlərinin satışından daxilolmalar hesabına formalaşacaq.

Fondun vəsaitinin ekoloji maarifləndirmə və təhsilə, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına, həmin sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılmasına yönəldilməsi nəzərdə tutulur.

Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun gəlirləri və xərcləri bərabər olmaqla 18,8 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb ki, bu da 2024-cü illə müqayisədə 10 milyon manat və ya 2,1 dəfə çoxdur.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarının gəlirləri və xərcləri bərabər olmaqla 2,2 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb ki, bu da 2024-cü illə müqayisədə bir milyon manat və ya 1,8 dəfə çoxdur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR