Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib
Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri Prezident İlham Əliyevə təqdim edilib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, büdcə zərfinə daxil olan sənəd və məlumatlar bəyənilib və “Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə dövlət başçısına təqdim olunub.
2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir. Bunlar 2024-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,6 % çox və 0,2 % azdır. Son nəticədə dövlət büdcəsində 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.
2025-ci ildə Azərbaycanın icmal büdcəsinin isə gəlirlərinin 44 milyard 371,4 milyon manat, xərclərinin isə 45 milyard 867 milyon manat olacağı gözlənilir. Bunlar, 2024-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 2 % və 0,5 % çoxdur. Son nəticədə icmal büdcədə 1 milyard 495,6 milyon manat kəsir yaranmalıdır. Bu isə 29,2 % azdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət