Slimfit
  1. İQTİSADİYYAT

Gələn ildən Azərbaycanda bina tikənlər ƏDV ödəyicisi hesab olunacaq

Gələn ildən Azərbaycanda bina tikənlər ƏDV ödəyicisi hesab olunacaq
Sakura

Gələn ildən Azərbaycanda bina tikənlər ƏDV ödəyicisi hesab olunacaq

Milli Məclisin noyabrın 29-da qəbul etdiyi “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla Azərbaycanda bina tikintisi fəaliyyətinin vergiyə cəlb edilməsi ilə bağlı qaydalara bəzi dəyişikliklər edilib. 

"Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, 1 yanvar 2020-ci il tarixdən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun ləğv edilməsi və həmin şəxslər tərəfindən vergi öhdəliklərinin vahid metodla - ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirilməsi nəzərdə tutulur. Həmin tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi tikinti-quraşdırma işləri üzrə vergiləri əvvəlki qaydada ödəyir.

Tikinti-quraşdırma işlərinə 1 dekabr 2019-cu ildən başlamış vergi ödəyiciləri isə həmin tikinti-quraşdırma işləri üzrə vergitutma metodunu 1 yanvar 2020-ci ilə qədər seçmək imkanına malikdir. Qanunun 2.2-ci maddəsinə əsasən, tikinti-quraşdırma işlərinə 2019-cu ilin 1 dekabr tarixindən sonra başlamış vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə məlumat formasını 2020-ci il 1 yanvar tarixinədək qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Əks halda, tikilən binalar üzrə yaranan vergi öhdəlikləri “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla müəyyən olunmuş qaydada, yəni ƏDV və mənfəət (gəlir) vergisi metodu ilə hesablanacaq.

Bu səbəbdən bina tikintisi fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən 2019-cu ilin dekabr ayında tikinti quraşdırma işlərinə başladıqları binalara görə vergi metodu barədə (sadələşdirilmiş vergi və yaxud ƏDV və mənfəət vergisi) 1 yanvar tarixinə qədər məlumat verilməsi əsas şərt kimi müəyyən olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR