Gələn il “BakıKart”ın yeni növü hazırlana bilər
Gələn il Bakıya səyahət edənlər üçün hazırlanmış rəsmi şəhər kartı - “BakıKart”ın (“BakuCard”) turistlər üçün nəzərdə tutulan yeni növü hazırlana bilər.
Bunu Trend-ə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov deyib.
R.Bağırov bildirib ki, bu kart, əslində, yeni bir kart olmayacaq. Sadəcə, bu kartı yeni bir istiqamət üzrə də istifadə etmək mümkün olacaq. “BakıKart”ın yeni növü istifadəyə verildikdə mövcud kart da istifadə ediləcək.
Mərkəz direktoru qeyd edib ki, “BakıKart” bu il aprel ayında təqdim edilib. İki ay ərzində 700-dən çox kart satılıb. Onun sözlərinə görə, turistlər daha çox 3 günlük və 1 həftəlik kartlar alırlar: “Statistikadan da görürük ki, Bakıya gələn turist minimum 3 gün, maksimum 1 həftə burada qalır. Ona görə də 1 günlük kartlar turistlər üçün çox maraq kəsb etmir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət