Gələn həftə seçki məntəqələri 2500 çip oxuyan qurğularla təmin ediləcək
"Azərbaycanda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki məntəqələri gələn həftədən 2500 çip oxuyan qurğularla tam təmin ediləcək".
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, məntəqələrə yeni nəsil şəxsiyyət vəsiyyət vəsiqələrindəki çipi oxuya bilən qurğular paylanılacaq: “Artıq 2500 çip oxuyan qurğu hazır vəziyyətə gətirilib. Ölkə üzrə cəmi 5049 məntəqə var. Təxminən, gələn həftənin dördüncü gününə kimi bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq. Bu gündən həmin qurğunun seçki məntəqələrinə paylanılmasına başlanılacaq. Hesab edirəm ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunmasında heç bir problem yaranmayacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət