Dərc edildi: Baxış sayı: 270
Gələn ay NATO müdafiə nazirlərinin toplantısı keçiriləcək
Fevral ayında NATO müdafiə nazirlərinin toplantısı keçiriləcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi brifinqdə deyib.
O bildirib ki, əsas mövzu Alyansın hərbi istehsalının artırılması olacaq. Baş katib iclasın dəqiq tarixini açıqlamayıb.
Y.Stoltenberq söyləyib ki, sursat istehsalının artırılması Ukraynaya dəstək üçün zəruridir: “Biz Ukraynanın ehtiyaclarını görürük. Ona görə də istehsalı artırmalıyıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət