Slimfit
  1. AVTO VƏ MOTO

“Gelandewagen”in hələ beləsi olmayıb

“Gelandewagen”in hələ beləsi olmayıb
Sakura

“Gelandewagen”in hələ beləsi olmayıb

Almaniyanın “Mercedes-Benz” avtokonserni Cenevrə avtosalonunda “G-class” sinfindən olan yolsuzluq avtomobilinin yeni, yubiley versiyasını təqdim edib.

“Speedme” nəşrinin məlumatına görə, şirkət “Gelandewagen” istehsalının 40 illiyini qeyd edir.

Nümayiş olunan xüsusi “Gelandewagen” G350 dizel modifikasiyalıdır və 3,0 litrlik mühərrik və doqquz pilləli avtomatik ötürücü qutu ilə təchiz olunub.

Yubiley buraxılışda elektron panel, müasir MBUX multimedia sistemi və bir sıra əlavə elektron köməkçilər yer alır. Yolsuzluq avtomobilinin banına al-qırmızı çalar verilib. Bu komplektasiyadan olan avtomobilin ilkin satış qiyməti barədə hələlik məlumat verilmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR