Dərc edildi: Baxış sayı: 1242
Ürəyi dağlı ANANIN Şəhid oğluna fəryadı:
Ürəyim istər səni, görmək üçün, gəl yuxuma
Bu ağ saçlarımı oxşamaqçün, gəl yuxuma
Günahın nəydi, oğul, can evimdən düşdün iraq
Deyə bilmədiklərini söyləməkçün, gəl yuxuma.
Həsrətli gecələrimə Ay olub sübhədək şahid
Sənsizlik yanğısını söndürməkçün, gəl yuxuma
Sızlayan ürəyimə iki gözüm olub şərik
Qan axan gözlərimi silmək üçün, gəl yuxuma.
Bilməm can verəndə balamı dedin
Yoxsa ananın həsrətin çəkdin
Bəlkə də fələkdən imdad dilədin
Vəsiyyətin etmək üçün, gəl yuxuma
Sinəm üstə, can oğul ölmək üçün, gəl yuxuma...
Cəmilə müəllimədən bütün şəhid olmuş kursantlarının əziz xatirəsinə ithaf olunur.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət