Dərc edildi: Baxış sayı: 7288
Xalq Şairi Ramiz Rövşənə
Əllərimdə əllərinin istisi var
Bu nə yanğı, nə bir odu, tüstüsü var...
Ürəyimdən keçənlərdən versən xəbər,
Gülüm, sənə min bir nəğmə qoşaram mən...
Tut əlimdən gedək, gedək bu yerlərdən...
Nələr gözlər bizi, nələr bu yollarda?!
Sevgimizə nur çiləyir ulduzlar da...
Elə gəldin həyatıma, elə bildim
Damla-damla süzülmüsən bulaqlardan...
Tut əlimdən gedək, gedək bu yerlərdən...
Sevgi varsa, yaşamağa dəyər,gülüm!
Ömür bitər, bitməz ömrü eşqimizin...
Gör nə gözəl doğur Günəş , sökülür dan?!...
Tut əlimdən gedək, gedək bu yerlərdən...
Tut əlimdən gedək, gedək bu yerlərdən...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət